Əsas Səhifə > Gündəm, Manşet > Qubalı məmur müəllimlərin əsəblərini tarıma çəkib...
Qubalı məmur müəllimlərin əsəblərini tarıma çəkib...5-02-2019, 08:58 |
DİA.AZ: - Redaksiyamıza bir qrup qubalı müəllim adından müraciət daxil olub. Müraciət müəllifləri prezident İlham Əliyevə xitab edərək, rayon təhsil sistemindəki öbaşınalıqlardan giley edirlər. DİA.AZ-a daxil olan müraciətdə bildirilir: "Hörmətli cənab prezident, biz Quba rayon müəllimləri sizə məlumat veririk ki, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev Sizin verdiyiniz tapşırıq və tövsiyyələrə əməl etmir. Belə ki,R.Hacıyev dəfələrlə müəllimlərdən “qəzet pulu”, “yer pulu”, “bölgü pulu” adı altında pul yığıb. Bütün bunlar azmış kimi yenidən məktəb direktorlarını yanına çağıraraq hər birindən müəllimlərin sayından asılı olaraq 2000-5000 manat arasında məbləğ tələb edib. Məktəb direktorları da qılıncını sıyıraraq biz müəllimlərin üstünə düşüb ki, pulu verməlisiniz yoxsa Rüfət müəllim başınıza oyun açacaq. Bu yığılan məbləğ 100 minlərlə manatları əhatə edir. R.Hacıyev bildirib ki, həmin pulu nazir C.Bayramova çatdırmalıyam. Hansı müəllim pulu verməsə, onu işdən azad edəcəm. Cənab prezident, Sizə məlumat veririk ki, Təhsil Şöbəsinin müdiri R.Hacıyev hələ məktəb direktoru işləyərkən Təhsil Şöbəsinin müdiri Loğman müəllimin direktorlardan rüşvət istəməsi barədə səsyazma yazaraq,sosial şəbəkələrə ötürmüşdür. Bununla da onu vəzifədən kənarlaşdırıb, özü həmin vəzifəyə keçmişdir. Bütün ölkədə rüşvət və korrupsiyaya qarşı amansız mübarizə aparıldığı bir vaxtda Quba Rayon Təhsil Şöbəsinin müdiri R.Hacıyev kimə güvənib ki, belə negativ əməllərlə məşğul olur?" dia-az.life olraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |