Əsas Səhifə > Gündəm, Manşet > Nazirlik bu faktları araşdırsa...

Nazirlik bu faktları araşdırsa...


9-01-2019, 08:40
Nazirlik bu faktları araşdırsa...
DİA.AZ: - Ağdam rayon Mahrızlı kənd sakini, Ağdam rayon İcra Hakimiyyətinin sabiq işçisi Qədirov Ramiz Talış oğlu tərəfindən DİA.AZ-a və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Keçmiş məmur Ağdam rayon Təhsil Şöbəsində qanunsuzluqlar, “papka məktəb”lər və özbaşınalıqlar barədə ağır ittihamlar səsələndirib. dia-az.life olaraq həmin məlumatı təqdim edirik və bəri başdan qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bildiririk:

"Ağdam rayonunda İmamqulubəyli qəsəbəsində 2 km radiusda 6 məktəb fəaliyyət göstərir. Bunlardan 1.İmamqulubəyli qəsəbə tam orta məktəbi, direktoru Rafael Muxtarov, 2. 85 saylı köçkün tam orta məktəbi, 3. 5 saylı köçkün tam orta məktəbi –direktoru Ətayə Şükürova, 4. 87 saylı köçkün tam orta məktəbi direktoru Səbahət Əmirova, 5. 92 saylı köçkün ümumi orta məktəbi-direktoru Məzahir İbrahimov , 6. 135 saylı köçkün tam orta məktəbi. Yuxarıda göstərilən 87 saylı, 92 saylı məktəblər 135 saylı köçkün tam orta məktəbin binasında fəaliyyət göstərir. İmamqulubəyli qəsəbəsində fəaliyyət göstərən 135 saylı məktəb 440 şagird yerlikdir. Həmin binada fəaliyyət göstərən 3 məktəbin şagird sayı isə 280 nəfərdir. 5 saylı köçkün tam orta məktəbin direktoru Ətayə Şükürova RTŞ-də məsləhətçi işləyən Bayram Məmmədovun həyat yoldaşıdır. 5 saylı məktəb Bayram Məmmədovun şəxsi vəsaiti ilə həmin ərazidə heç bir lüzum olmadan tək mişar daşından tikilmişdir. Məktəbin texniki və pedaqoji kadrlarının maaş kartları Bayram Məmmədova məxsusdur. Məktəbin şagirdləri yalnız sənəd üzərindədir.

Gəlirləri bölüşdürülən məktəblərdən biri də rayonun 108 saylı köçkün ümumi orta məktəbidir. Məktəb Oğuz rayonunda Xalxal yatağında “fin” evdə “fəaliyyət göstərir. Məktəbin V-IX sinif siniflərində hər sinifdə 2 şagird olmaqla cəmi 15 şagird “təhsil” alır. İbtidai siniflər paralel olaraq fəaliyyət göstərir.

Rayonun Xındırıstan kəndində köhnə hamam binasında fəaliyyət göstərən 66 saylı köçkün tam orta məktəbinə M.Misirxanova şəxsi maraqları naminə “Uşaqların (şagirdlərin) Ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli, 1/3 Kollegiya Qərarı ilə təsdiq olunmuş qərara zidd olaraq məktəbdə sinif komplektlərinin sayının süni şəkildə artırılmasına şərait yaratmışdır. Belə ki, həmin qərarda göstərilir ki, yerli şagirdlərin məcburi köçkün məktəblərinə qəbul edilməsi yolverilməzdir. Yalnız o halda icazə verilir ki, yaşadıqları ərazidən ən azı 2 km məsafədə yerli məktəb fəaliyyət göstərməsin. Ancaq fakt budur ki, Xındırıstan kəndində 420 şagird yerlik, maddi-texniki bazası olan və ara məsafəsi 200 metr olan böyük məktəb fəaliyyət göstərir".

Geri qayıt