Əsas Səhifə > Gündəm, Manşet > Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa qoyula bilər

Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa qoyula bilər


28-12-2018, 11:01
Bu gün ölkədən çıxışına, sabah azadlığına qadağa qoyula bilər
Ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulması xəbəri gündəmə öz damğasını vurdu. Yayılan xəbərdə deyilirdi ki, Rüfət Aslanlı Yaponiyaya uçmağa hazırlaşsa da Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb.

Keçmiş məmura xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub. Qadağanın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Rüfət Aslanlının adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Daha əvvəl KİV keçmiş məmura aid olan bahalı saat və avtomobil kolleksiyaları haqda yazırdı. Rüfət Aslanlı həmçinin Fransada şəxsi üzümlük sahələrinə malikdir və orada öz adını daşıyan şərab buraxır.

Bu günsə etibarlı mənbələrdən Moderator.az-a daha bir ilginc məlumat daxil olub. Sən demə, Aslanlı həzrətləri Yaponiyaya uçmaq adı ilə iz adırmaq istəyirmiş. Qısa zamanda intəhasiz sərvət ələ keçirməyi bacaran R. Aslanlının əsas niyyəti isə vəsaitlərin idarə olunması üzrə dünyaca məşhur bir neçə fonda yatırdığı kapitalın mümkün olanını nağdlaşdıraraq gözdən-könüldən uzaq qitələrdə daşınmaz əmlak və turzim cənnətlərinə yatırmaq imiş. Qara zolağa düşdüyünü və rəsmi Bakının gec-tez onun mümkün gizli saxlanc yerlərini didik-didik arayacağından əndişələnən Aslanlı "aslan gedişi" edərək sərvətini mümkün qədər qorumaq üçün mümkün alternativlər axtarışında imiş, onun ölkəni hansı yolla olur-olsun bir neçə günlüyə tərk etməsi isə həyati önəm daşıyırmış. Amma onun ölkədən çıxışına qeyri-rəsmi "Stop" qoyulması Aslanlını çox pərt duruma salıb.

Xatırladaq ki, bu gün rəsmən təqsirləndiroiıən şəxs statusunda olmasa da "xəzinədarı və kassiri" hesab olunan Əmanətlərin Sığortalanması Fondunun sabiq icraçı direktoru Azad Cavadovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çoxsaylı cinayət maddələri ilə istintaqa çəkilməsinin tezliklə onu da öz cənginə alacağından vahiməyə düşərək önləyici tədbirlərə əl atması və bu baxımdan onun var-gəl etməsi də başadüşüləndir. Amma görünən odur ki, Rüfət Aslanlı çox gecikib və dar gün üçün gördüyü tədarük onun dadına çatmaya da bilər...

Yeri gəlmişkən, parlamentin ötən iclaslarının birində Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da hökumətə səslənərək Rüfət Aslanlı və Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin dövlətdən oğurladığı vəsaitlərin geri qaytarılması istiqamətində kəsərli tədbirlərin görülməsinin zəruruliyi barədə hüquq-mühafizə orqanlarına xitab etmişdi. Görünür, bu müraciət ünvanına çatıb və qeyri-rəsmi şəkildə Rüfət Aslanlını vaxtilə dırmaşdığı pilləkənlərlə aşağı dartılaraq məhşər ayağına çəkiləcəyi gün uzaqda deyil. Yəni bu gün ölkədən çıxışına qadağa qoylubsa, sabah azadlığına qadağa qoyula bilər, təbii ki, qarşısına qoyulan şərtlərə tərəddüd etmədən "baş üstə" deməsə...
\\moderator.az\\
Geri qayıt