Əsas Səhifə > Gündəm, Manşet > Ölkənin baş gömrükçüsünün mövqeləri təhlükədə...

Ölkənin baş gömrükçüsünün mövqeləri təhlükədə...


29-11-2018, 09:00
Ölkənin baş gömrükçüsünün mövqeləri təhlükədə...
Teref.az-la fikirlərini bölüşən hakimiyyətin yuxarı eşalonunun kuluarlarına yaxın bir şəxsin iddiasına görə hakimiyyətdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə qarşı bərk narazılıq var. Aydın Əliyevi sədr postundan alıb yerinə Səfər Mehdiyevi təyin edəndə Səfər Mehdiyevin illərdir DGK –da işlədiyini nəzərə almışdılar. Komitənin bütün əyər-əskiklərini və daxildə baş verən bütün intriqaları bildiyinə görə onun DGK-nı daha uğurla sağlamlaşdıracağı hesablanmışdı. Əslində hesab düz idi, axı adam illərlə sədrin müavini olub...
Əlbəttə, burda onun əvvəllər yaxın olduğu dairələrdən aralanaraq səfini dəyişməsidə böyük rol oynayırdı. Məlumatlı mənbə iddia edir ki, (Belə bir məlumat mediada da yer almışdı) artıq DGK-nın kurasiyası Vasif Talıbova tapşırılıb. Və Səfər Mehdiyevdə bütün hesabatları ona verir. Lakin sosial şəbəkələrdə və mediada ard-arda DGK-si haqqında gedən tənqidi materiallar DGK – ndə heç də hər şeyin yaxşı olmadığını göstərir.
Mənbənin teref.az-a söylədiyinə görə, hətta Səfər Mehdiyevin təzə posta gələndə özünə yaxın qəzet və jurnalları yığaraq gömrük postlarına aparıb və bundan sonra o mətbu orqanlarda təriflətsə də, bu hal yuxarıda oturanları qane etməyib. Çünki bütün bu reklamların arxasınca sosial şəbəkələrdə və mediada gömrükdə baş verən qanunsuzluqlarla bağlı çoxlu materiallar gedib. Bundan əlavə isə prezident aparatına ən çox şikayətlər elə DGK-da baş verən qanun pozuntularındandır. Bu da DGK-da heç də hesablandığı kimi hər şeyin yaxşı olmadığına dəlalət edir.
Əslində isə yeni sədrdən DGK-ni köhnə qrupun adamlarından təmizləməsi və DGK-nı yeni kadrlarla möhkəmləndirərək, işdə dönüş yaratması gözləniılirdi. Lakin göründüyü kimi DGK-dan bəzi kadrlar çıxardılaraq FHN-yə transfer olsalar da, DGK-nın işində elə bir dəyişiklik gözə dəymir. Yenə də Azərbaycanın siması olan giriş və çıxış qapılarında əvvəlki “besperedellik”, qanunları saya salmamaq, rüşvət və ilaxır..
Bu da rəhbərliyi qane etmir və gözlənilən odur ki, etimadı doğrultmayan kadrlarla vidalaşmalı olacaqlar. Səfər Mehtiyevə hətta xırda-para rüşvətlə tutdurduğu gömrükçülərlə bağlı hay-küyü, yaratmaq istədiyi fon belə kömək etməyəcək. Məlumatlı mənbənin dediyinə görə belə gedsə DGK-nin sədr postu vakant olacaq.

Geri qayıt