Əsas Səhifə > Gündəm, Manşet > Qax rayon məhkəməsi Qarabağ qazisinə qarşı qanunsuzluq edir...

Qax rayon məhkəməsi Qarabağ qazisinə qarşı qanunsuzluq edir...


17-10-2018, 08:15
Qax rayon məhkəməsi Qarabağ qazisinə qarşı qanunsuzluq edir...
DİA.AZ: - Qobustan rayon, Qaracüzlü kənd sakini Hüseynov İbrahim Məhəmməd oğlunun bir sıra dövlət qurumlarının rəhbərlərinə ünvanladığı müraciətini təqdim etmişdik. Müraciətdə deyilirdi:

"Xatırladım ki, mən də bir azərbaycanlı kimi bankdan (Bank of Baku) kredit götürüb problemimi həll etmişəm. Bankdan götürdüyüm 3500 dollar pulun bir hissəsini qaytarmışam. Qalıq 2660 dollar idi. Xəstəliyimlə bağlı ( onurğa disk yırtığı) əvvəlki kimi fziki iş görüb pul qazana bilmirəm. bank məni məhkəməyə Verdi. Mən də söz verdim ki, hər ay 50-100 manat pul hissə hissə banka ödəyəcəyəm. lakin buna baxmayaraq Qobustan rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, iş N- 125694/ 2018-32-4 saylı Qəaraına əsasən məndən və mənə zamin durmuş Qax rayon sakini Hacıyev Coşqun Mənsur oğlundan müştərək qaydada cəmi faizlə birlikdə 3957 dollar bor Bankın xeyrinə tutulması bildirilmişdir.

Mən yenə etiraz edirəm ki, əgər mən əsas borcluyamsa Qərarda qeyd edilən elə mənim əmlakıma həbs qoyulması kifayət etmirmi ki, hələ mənim götürüdüyüm pula görə zamin duran şəxsdən də borcun ödənilməsi tələb olunur. Hazırda mən borcu hissə hissə ödəməklə məşğulam. Budur,borcun ödənilməsini son ayda zamin Coşqun Hacıyevin təqaüd kartına yönəldilmişdir və 50 faizi tutulur. Bir daha xatırladım ki, Coşqun Hacıyev keçmiş hərbçidir, 2-ci qrup Qarabağ Müharibəsi əlilidir və onkoloji xəstədir. Hazırda müalicə olunmaq üçün İrana getməyə hazırlaşır. Belə vəziyyətdə onun ölkədən çıxışına qadağan qoyulmuşdur. Coşqunun 11 sentyabr tarixli müraciəti əsasında Qax Rayon Məhkəməsi 20 sentyabr 2018-ci il tarixli Qərdadaıilə Coşqun Hacıyevin üzərindən qadağan götürülmüşdür. Lakin Qax rayon İcra Şöbəsinin Ələkbər adlı icra məmuruna 7 faizlik icra haqqı 470 manat pul nağd formada tələb üzrə ödənilsə də, hələ də bugünədək məhkəmə qərardadı müəmmalı səbəbdən icra edilməmişdir ki, qazi C.Hacıyev müalicə almaq üçün İrana gedə bilsin.

Hesab edirəm ki, C.Hacıyevin özünün və ailəsinin hər gün yerli icra məmurları tərəfindən narahat edilməsi, çörəyinin 50 faizinin əsassız olaraq banka tutulması, Qax rayon Məhkəməsinin qərdadaının icra edilməməsi nə insanlığa, nə müsəlmançılığa, nə də hüquqa yaraşmır. Borcu mən götürmüşəm və mən də cavabdehəm. Əl çəkin günahsız vətəndaşdan.

Çox xahiş edirəm ki, mənə zamin durmuş Qax rayon sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili olmuş Hacıyev Coşqundan mənim əvəzimə müştərək qaydada pul tutulması icrasının müvəqqəti dayandırılmasına və Qax rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli “C.Hacıyev üzərindən qadağanın götürülməsi” qərdadının dərhal icra edilməsinə göstəriş verəsiniz. Mən də Bank of Baku qarşısında götürdüyüm öhdəliyə əsasən bankın pulunu hazırda ödəyirəm və hissə hissə ödəyəyib qurtaracağam".

Bu dəfə isə DİA.AZ-a daxil olan müraciətdə şikayətçi tərəf problemin hələ də həllini tapmadığını, süni əngəllərlə üz-üzə qaldığını iddia edir. Həmin müraciəti də təqdim edirik:

"Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, dostum və bank kreditinə görə zamin durmuş Coşqun Hacıyev keçmiş hərbçidir, 2-ci qrup Qarabağ Müharibəsi əlilidir və onkoloji xəstədir. Hazırda müalicə olunmaq üçün İrana getməyə hazırlaşır. Belə vəziyyətdə onun ölkədən çıxışına mənim bank kreditimə görə qadağan qoyulmuşdur. Coşqunun 11 sentyabr tarixli müraciəti əsasında Qax Rayon Məhkəməsi 20 sentyabr 2018-ci il tarixli Qərdadaıilə Coşqun Hacıyevin üzərindən qadağan götürülmüşdür. Lakin Qax rayon İcra Şöbəsinin Ələkbər adlı icra məmuruna 7 faizlik icra haqqı 470 manat pul nağd formada tələb üzrə ödənilsə də, hələ də bugünədək məhkəmə qərardadı müəmmalı səbəbdən icra edilməmişdir ki, qazi C.Hacıyev müalicə almaq üçün İrana gedə bilsin. Budur, Qax Rayon Məhkəməsinin Coşqunun üzərindən qadağanın götürülməsilə bağlı verdiyi 20 sentyabr 2018-ci il tarixli Qərdadı hələ də müəmmalı səbəbdən Qax rayon icra şöbəsi tərəfindən icra olunmamaış qalmaqdadır. Baxmayaraq ki, 11 oktyabr tarixində bu barədə yuxarı direktiv orqanlara müraciətlər etmişdik. Bir daha Sizlərdən xahiş edirəm ki. Qarabağ Müharibəsi əlilinə qarşı Qax rayon İcra Şöbəsində göstərilən süründürməçiliyə və özbaşnalığa son qoyulması üçün məsləni şəxsi nəzarətinizdə saxlayasınız".

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt