Əsas Səhifə > Gündəm, Manşet > Qobustanda ÖZBAŞINALIQ
Qobustanda ÖZBAŞINALIQ12-10-2018, 08:26 |
DİA.AZ: - Qobustan rayonu, Qaracüzlü kənd sakinlərindən Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu Abdullayev Soltan Abdulla oğlu, Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu və Yusifov Əzim oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir. "Əvvəlcə xatırladaq ki, biz, Qobustan rayon Qaraçüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağn Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı ilin aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi,ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək 1 ha-I özünün dediyi kimi 200 manata saxta sənədlərlə sataraq bizə külli-miqdarda ziyan vurmuşdur.Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim, 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edərək eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər Nəticədə M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir. Digər fakt ondan ibarətdir ki, Aqrar İslahatla parallel olaraq hər bir kənd sakininə düşən mülk pay bölgüsü zamanı da keçmiş bələdiyyə sədri olmuş Ə.Musayev bütün əsas pay mülklərini yalnız özünə və yaxın qohumlarının adına saxtakarlıqla sənədləşdirməklə mənimsəmişdir. Belə ki, 4 ədəd iri həcmli qoyun fermalarının hamısını öz əlinə keçirmiş və bu əmlakların üçünü kənar şəxslərə satmış, qalan birini isə bu günədək yenə hansısa kənar şəxsə ili 6000 manat olmaqla icarəyə verərək qanunsuz varlanmaqla məşğuldur. Halbuki biz əldə etdiyimiz arxiv arayışına görə bird aha sübut edirik ki, bu əmlakın bir hissəsi olan ferma binası biz 16 ailənin mülkiyyətindədir. Buna baxmayaraq əmlakımızın bizə geri qaytarılması barədə istər yerli, istərsə də yuxarı orqanlara etdiyimiz şikayətlərə hələlik reaksiya verən olmayıb. Dəflərlə Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab A.Məmmədovun qəbulunda olmuşuq. Sağ olsun tapşırıqlar verib. Amma hələ də nəticəsi yoxdur. Biz də bir insane kimi heyvandarlıqla pay verilmiş əmlakımızdan istifadə etməklə güzəran edib ailəmizi dolandırmaq istəyirik. Lakin bu saxta diplom sahibi olan Ə.Musayev millətin başına oyun açmaqla məşğuldur. İndi ümidimiz yalnız Dövlətimizin başçısı çoxhörmətli İlham Əliyevə qalmışdır. Çox xahiş edirik ki, əmlakımızın ələ keçirilməsi zamanı baş vermiş bütün sənəd saxtakarlıqları, bizim torpağımızdan istifadə etməklə (526 ha) dövlətdən son illər formal kağız üzərində oğurlanaraq talan edilən subsidiyalar, biz kənd sakinlərinə düşən əmlak paylarımızı mənimsəmiş Əlikram Musayev dəstəsinin fəaliyyətinin tam araşdırılaraq hüquqi qiymətin verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk". dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |