Əsas Səhifə > Gündəm, Manşet > Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı

Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı


29-08-2018, 09:18
Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı
Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımovun katalon separatçıları ilə görüşü və onun Azərbayacan KİV-lərində verdiyi bəyanatlar bu qurumun maliyyə mənbələrini də şübhə altında qoyub.

Reyting.az saytı xəbər verir ki, bir qrup jurnalist və bloggerin apardığı araşdırma zamanı AAK Prezidenti Sahil Qasımovun korrupsiya sxemi aşkara çıxarılıb.

Araşdırma qrupu yazır ki, onların məqsədi AAK-ın maliyyələşdirilməsinə kimin nə qədər vəsait ödəməsini öyrənmək olsa da, bununla bağlı suala cavab tapmaq çətin olub:

“KİV haqqında” və digər müvafiq qanunlara istinad edərək sorğu göndərdiyimiz Belçika, Hollandiya, Ukrayna bankları və otellərı bizə belə məlumatları təqdim etmədilər. Onlar müştərilərin şəxsi məlumatlarının qorunması və şəxsi həyatın toxunulmazlığına dair qanunlara istinad etdilər. Belə olduğu halda araşdırma üçün təcrübəsi olan həmkarlarımızın köməyindən və şəxsi əlaqələrimizdən də istifadə etməli olduq. Onların əlaqələri və təcrübələri bizi maraqlandıran maliyyə sənədlərinin bir qismini əldə etməyimizə imkan verdi”.

Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı

Jurnalistlər bildirir ki, onları araşdırmanı aparmağa cari ilin 20 avqust tarixində veteninfo.com saytında yayımlanan �?’Sahil Qasımovdan daha bir saxtakarlıq’’ başlıqlı məqalə olub:

“Bu məqalədəki sənədlər göstərdi ki, AAK-ın Brüsseldəki baş ofisinin kommunal xidmətlərinin və digər xərclərinin Sahil Qasımovun özü və təşkilatın digər idarə heyəti üzvləri tərəfindən ödənilməsinə dair onun dediyi sözlər yalan imiş. Sahil Qasımovun belə bir məktubu var ki, o, həmin məktubda AAK-ın Birinci vitse-prezidenti Füzuli Məmmədova müraciət edərək AAK-ın cari xərclərinin ödənilməsi üçün pul ayırmasını xahiş edir.

Həmin xərclərə aşağdakılar daxildir:

AAK-ın ofisinin illik icarə haqqı - 30 000 avro,

İnternet və digər kommunikasiya xərclərinə - 2000 avro,

ofisin illik sığortasına - 500 avro,

ofisin illik xidmət xərclərinə - 1 000 avro,

ofisin iki əməkdaşının (katib və texnik) əmək haqqına - 24 000 avro,

printer və digər ofis texnikasının xərclərinə - 2 000 avro.

Xahiş edilən məbləğin 20 min avrosunun Füzuli Məmmədov tərəfindən ödənilməsinə dair qəbz də var”.

Bundan sonra araşdırma qrupunun diqqətini son 18 ayda AAK-ı kimin maliyyələşdirməsi çəkib.

Əldə olunan sənədlər sübut edir ki, Füzuli Məmmədovun güya 1 Mart 2017-ci ildən sonra AAK-ı maliyyələşdirmədiyinə dair Sahil Qasımovun dedikləri yalandır:

“Füzuli Məmmədov öz bank kartından və Prezidenti olduğu Ümumdünya Azərbaycan Mədəniyyət Fondundan (ÜAMF) yalnız Avropa Azərbaycanlıları Konqresinin 2017-ci ilin fevralında baş tutan V Qurultayının keçirilməsini yox, həm də AAK-ın sonrakı fəaliyyətini maliyyələşdirib. Təkcə AAK-ın V Qurultayının keçirilməsinə Füzuli Məmmədov ÜAMF vasitəsilə 100 min avro ayırıb.

Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı
Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı

Bu vəsaitlərdən başqa, �?’Bank Russkiy Standart’’ SC-dən aldığımız çıxarışa (xərc əməliyyatlarının müfəssəl siyahısı) əsasən 28.02.2017-ci ildən 03.03.2017-ci ilədək olan dövrdə Füzuli Məmmədovun 5451******2249 saylı əsas bank kartından V Qurultay iştirakçılarının və qonaqların ehtiyaclarına Hollandiyanın Amsterdam şəhərində 32,922.73 ABŞ dolları xərclənib”.

Jurnalistlər qeyd edir ki, bundan sonra da Füzuli Məmmədov və onun fondu - ÜAMF mütəmadi olaraq AAK-a maliyyə dəstəyi verib:

“Sahil Qasımov öyünür ki, Avropa Azərbaycanlıları Konqresi 2017-ci ilin noyabrında Brüsseldə �?’Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq konfrans təşkil edib. Bununla belə, nəyə görəsə xatırlamır ki, bu forum da Füzuli Məmmədov və ÜAMF tərəfindən maliyyələşdirilib. Bu forumun keçirilməsinə cənab Məmmədov öz bank hesabından, nağd qaydada və ÜAMF vasitəsilə təxminən 70 min avro xərcləyib. Hətta Füzuli Məmmədov öz bank kartını Sahil Qasımova həvalə edib və o da kartdan - öz mülahizəsinə görə - çox səxavətlə istifadə edib. Nəticədə Belçikanın Brüssel şəhərində bu forumun keçirilməsi ilə bağlı iştirakçıların ehtiyaclarına Füzuli Məmmədovun 5451******2249 saylı kartından 23.11.2017-ci il tarixindən 28.11.2017-ci il tarixinədək 38,853.41 dollar xərclənib.

Bütün bank sənədləri bu diaspor təşkilatının, həmçinin onun qurultay və forumlarının maliyyələşdirilməsinə dair məlum olmayan qaranlıq məqamlara işıq salır.

Bundan sonra heç bir şübhə qalmır ki, Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətini son il yarım ərzində məhz azərbaycanlı iş adamı və xeyriyyəçi, Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, 19 Avqustda Qasımov və onun bir qrup ətrafı tərəfindən qeyri-qanuni olaraq AAK-ın Birinci vitse-prezidenti vəzifəsindən kənarlaşdırıldığı iddia olunan Füzuli Məmmədov maliyyəşdirib.

Yeri gəlmişkən, Avropa Azərbaycanlıları Konqresinin Nəzarət-Təftiş Komissiyasının üzvü Səməd Fərtaş növbəti gün - 20 Avqust tarixində bəyan etmişdi ki, Füzuli Məmmədovun Birinci vitse-prezident vəzifəsindən kənarlaşdırılmasına dair keçirilən “iclas”, həmin “iclas”da bir sıra idarə heyəti üzvlərinin çıxardıqları qərar qeyri-qanunidir.

Səməd Fərtaş Sahil Qasımovu və onun ətrafını AAK-ın Əsasnaməsini kobud şəkildə pozmaqda ittiham etmişdi. Xatırlatmışdı ki, AAK-ın Əsasnaməsinin 15.1 maddəsinə əsasən təşkilatın idarə heyəti üzvlərinin iclasının keçirilməsi barədə qərar iclasdan ən az 15 gün öncə qəbul edilməldir. Bu səbəbdən də Qasımovun və onun dostlarının �?’virtual iclası” AAK-ın Əsasnaməsinə ziddir və həmin iclasda qəbul edilən qərar da qeyri-legitimdir”.

Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı
Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı
Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı

Araşdırma zamanı AAK-ın maliyyələşdirilməsi məsələsinə yenidən qayıdılır:

“AAK-ın rəhbərliyindəki mənbələrdən aldığımız məlumatlara görə, Sahil Qasımov Füzuli Məmmədovdan həm də əlavə 100 min avronu nağd şəkildə alıb ki, AAK-ın Qurultayında iştirak edən �?’yüksək vəzifəli qonaqlara yüksək səviyyəli xidmət’’ göstərsin. Bu bizə təxmin etməyə əsas verir ki, həmin pullar Qasımovun özü tərəfindən mənimsənilib. Çünki, AAK-ın ali tədbirində iştirakçıların otellərdə yerləşdirilməsi, yemək xərcləri, Qurultay üçün salonun icarəsi və digər xərclərə sərf edildiyi bildirilən 100 min avro yenə də Füzuli Məmmədovun şəxsi bank kartından ödənilib. Beləliklə, əslində cənab Məmmədov göstərilən məqsədlər üçün 2 dəfə pul ödəyib - əvvəlcə nağd (təxminən 100 min avro), sonra isə nağdsız yolla bank kartından.

Həm də belə bir məlumat var ki, göstərilən qurultay və forumların keçirilməsinə Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Azərbaycanın dövlət büdcəsindən də pul ayrılıb. Belə çıxır ki, Sahil Qasımov həmin pulları da mənimsəyib. Başqa sözlə, o, öz yoldaşları ilə birlikdə büdcə pullarını əslində Füzuli Məmmədov tərəfindən maliyyələşdirilən tədbirlərin keçirilməsi xərci kimi silib və mənimsəyib. Məhz bu səbəbdən də, AAK Prezidenti Qasımovun fəaliyyətində həm də maliyyə saxtakarlıqlarının olub-olmamasını müəyyən etmək üçün yoxlamaq lazımdır. Obyektiv araşdırma aparılarsa, bu araşdırmanın nəticəsi cinayət işinin açılmasını qaçılmaz edər”.

Araşdırma qrupunun üzvləri Vüqar Əliyev, Nazim Qubadlı, İradə Zeynallı və Aynur Qasımova sonda Avropadakı Azərbaycan diasporuna müraciət ünvanlayıb:

�?’Əziz həmvətənlər! Bizim diaspor təşkilatımızın prezidenti oğru, yalançı və islahedilməz dələduzdur. Əgər normal diaspor strukturu yaratmaq və bütün Avropa azərbaycanlılarını vahid nüfuzlu bir təşkilatın qanadları altında birləşdirmək istəyirsinizsə, AAK-a yeni, bütün maliyyə saxtakarlıqlarından və yalandan uzaq olan bir prezident seçin’’.

Geri qayıt