Əsas Səhifə > Gündəm, Manşet > "Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək"

"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək"


18-08-2018, 10:18
"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək"
"Dünən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir qrup əməkdaşı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəlləyə gələrək, həmin ünvanda yerləşən 1, 2, 3 və 4 saylı binalarda yaşayan 10 ailəni küçəyə ataraq mənzillərinin qapılarını dəyişdiriblər".

Bunu Tezadlar.az-a bu gün səhər saatlarında redaksiyamızda olan "Sahil-D" MTK-nın icraçı direktoru Adilağa Hüseynov deyib. Sakinlərin yaşadıqları mənzillərdən qanunsuz çıxarıldığını deyən icraçı direktor əməkdaşımızı hadisə yerinə dəvət edib: "Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının dünənki qanunsuz hərəkətləri sakinlərin hiddətinə səbəb olub. Xahiş edirəm, əməkdaşlarınızı hadisə yerinə göndərin, görsünlər ki, güç strukturları qanunsuz olaraq sakinlərin başına hansı oyunları gətirirlər".

Sözügedən ünvanda olan əməkdaşlarımız sakinlərlə görüşüb, nə baş verdiyini öyrənməyə çalışıblar. Sakinlər bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir qrup əməkdaşının onları yaşadıqları mənzillərdən çıxartmağa cəhd etsələr də, buna nail olmayıblar, lakin mənzillərin qapılarını dəyişdiriblər: "Biz halal pulumuzu "Sahil-D" MTK-nın icraçı direktoru Adilağa Hüseynova verib mənzil almışıq. İndi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib bizi öz mənzillərimizdən çıxarırlar ki, guya bura Mehmed Şimşek adlı bir türkə məxsusdur. Xahiş edirik, bizim səsimizi daxili işlər naziri cənab Ramil Usubovun diqqətinə çatdırın ki, asayiş keşikçiləri, təhlükəsizliyimizi qorumalı olan polislər heç bir əsas, əllərində məhkəmə qərarı olmadan bizi zorla mənzillərimizdən bayıra atmağa çalışırlar. Düzdür, binamızı inşa edən "Sahil-D" MTK-nın təsisçisi İlham Qasımov hal-hazırda həbsdədir, Allah qapısını açsın, amma onun icraçı direktoru Adilağa Hüseynovun sayəsində bizim qapılarımız bağlanır. Niyə o, bizim harayımıza gəlmir? Qaçıb gizlənib. Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək. Bu gün o, qaçıb gizlənsə də, yəqin ki, qanunlarımızdan qaçıb canını qurtara bilməyəcək. Biz artıq ondan şübhələnməyə başlamışıq. Deyəsən, bu işlərin arxasındakı, bizim başımıza bu oyunu gətirən elə Adilağa Hüseynovun özüdür. Yoxsa, çıxar ortaya bizi müdafiə edər. Onun sizi buraya dəvət etməsi əslində gözə kül üfürməkdir. Guya ki, bizi müdafiə edir. Bəs hanı, haradadır? Gəlsin yanımzda dayansın, haqqımızı müdafiə eləsin. Qaçıb gizlənmək çıxış yolu deyil".

Əməkdaşımız sakinlərin bu narazılığı ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün Adilağa Hüseynovla telefon əlaqəsi saxlamağa çalışıb, lakin zəngləri cavabsız qalıb.
Sakinlərin video çıxışları sayta yüklənməyə hazırlanır... Bizi izləyin...


"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək"
"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək"
"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək"
"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək"
Geri qayıt