Əsas Səhifə > Gündəm, Manşet > Başçı narazılıq yaradır...
Başçı narazılıq yaradır...6-08-2018, 08:28 |
DİA.AZ: - Göyçay rayonu Həbibi küçəsi ev 50 sakini Azadov Seymur Əlibala oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Vətəndaş yazır: "Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadə yeganə qazanc yerimiz olan avtomobillərin təmiri sexini qanunsuz olaraq dağıtdırıb 9 nəfəlik ailəmizi aclığa məhkum etmişdi.Göyçay rayonunun Çayarxı kəndi ərazisində 23 ildir ki, avtomobillərin təmiri sexində mühərrik ustası kimi fəaliyyət göstərirdim. Artıq tanınmış sənətkar kimi çoxlusayda müştərilərim var idi.Vaxtlı-vaxtında vergimi ödəyib ailəmi dolandırıdım.17 fevral 2017-ci il tarixdə Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin göstərişi ilə avtomobillərin təmiri seximiz qanunsuz olaraq dağıdıldı.Onunla əsaslandırdılar ki, rayonun görnüşünə uyğyn gəlmir buna görə yeni dekor formada inşa edilməlidir.Biz razı olduq ancaq Mehdi Səlimzadə razı olmadı.Bizdən əlavə olaraq küllü miqdarda pul tələb olundu.Biz isə bildirdik ki, maddi imkanımız yoxdur yeni təmir sexi inşa etdirmək üçün qohumlardan borc və ya bankdan kredit götürəcəyik. Belədə oldu bu gün sabah deyə-deyə yeni sexi həmin yerdə inşa etdirməyə Mehdi Səlimzadə icazə vermədi.Bizə həmin ərazidən 30 klometr aralıda yer təklif olundu. Bu isə işimizə qətiyyən yaramır.Sonradan bizə bildirldi ki, Mehdi Səlimzadə bizim yerimizi başqa bir imkanlı şəxsə küllü miqdarda pula satmaq istəyir, ona görə bizi süründürməçiliyə məruz qoyub.Mən bu özbaşınalıq barədə prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara çoxlu sayda ərizələrlə müraciətlər etmişəm.Həmin şikayət ərizələrim icra olunması üçün Mehdi Səlimzadənin özünə qaytarılmış, O, isə bizə rədd cavabları verir. Nəhayətdə Mehdi Səlimzadə öz maklerləri vasitəsi ilə bizə xəbər göndərir ki, "həmin yerin qiyməti 15.000 manatdır alırsa buyursun, ala bilmirsə təklif olunan 30 km aralıda yerləşn ərazidən təmir sexini inşa etdirsin.Hara şikayət etsəniz icra olunması bizə həvalə olunacaq özünüzü yormayın". Himayəmdə böyüyünün 13, kiçiyinin isə 5 yaşı olmaqla 4 azyaşlı övladım var, həyat yoldaşım işləmir.Valideyinlərim atam 1-ci, anam isə 2-ci qrup əlildir.Qardaşım subay və işsizdir.9 nəfəlik ailənin yeganə qazanc yeri həmin təmir sexindən əldə olunan gəlir idi.İndi 9 nəfərlik ailə valideyinlərin əlilliyə görə aldığı cüzi təqaüdün ümüdünə qalıb. Daha doğrusu aclıq səfalət içində yaşamağa məhkum edilmişik. Mehdi Səlimzadənin korrupsiya əməlləri, özbaşınalığı bizi cana yığıb özümüzü öldürmə həddindəyik.Mehdi Səlimzadənin torpaq alveri camaatı boğaza yığıb, insanlara əziyyət verir.Sanki bu adamı bura icra başçsı yox torpaq alverçisi təyin ediblər. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb çox-çox xahiş edirəm 9 nəfəlik ailənin dolanışıq yeri olan təmir sexini qanunsuz dağıtdırıb aclıq içində yaşamağa məhkum edən icra başçısı (daha doğrusu torpaq alverçisi) Mehdi Səlimzadənin özbaşınalığının qarşısı alıb onun barəsində ciddi tədbirlər görəsiniz.Xahiş edirəm halal yerimizin özümüzə verilməsinə köməklik edəsiniz". dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |