Əsas Səhifə > Gündəm, Manşet > Ağcabədi DSMF-də Səlim Müslümov üsul-idarəsi...
Ağcabədi DSMF-də Səlim Müslümov üsul-idarəsi...2-08-2018, 09:31 |
Ağcabədi rayon DSMF-də özbaşnalıq və Rüşvət tüğyan edir. Belə ki, Ağcabədi rayonu DSMF-nin müdiri Qəmbərov İlham işi öz qanunları üzərində qurub.Heç kimi saymayan idarə müdiri vətəndaşları həm dövlətdən, həm də özündən narazı salır. Rayondan XəbərAl.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin verdiyi tapşırıqları lazımınca icra etməyən Ağcabədi DSMF-nin sədri eks Nazirliyin aparat rəhbəri Əjdər Ol-un yaxın kadırı olub.Cənab prezident İlham Əliyevin sərəncamı ilə Səlim Müslimov Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsindən azad edilərək Sahil Babayevi onun yerinə təyin etmişdir. Mənbə xəbər verir ki, hələ eks nazirin dövründə İlham Qənbərova etdiyi qanunsuzluqlarına görə dəfələrlə xəbərdarlıq edilmiş, işində yol verdiyi nöqsanlara görə töhmətlər almışdır. Hal-hazırda sosial yardımların verilməsi ƏƏSMN-i tərəfindən elektronlaşma yolu ilə aparılsa da, İlham Qənbərov Ağcabədidə kartların alınması yolu ilə "5 ay sənin, 6 ay mənim" kompaniyasına "sürətli start"verib Şəhid ailələri, Qarabağ döyüşçüləri və məcburi köçkünlərə ayrılan müavinətlərin mənimsənilməsi yolu ilə böyük var -dövlətə sahib olmuşdur. Bir sözlə, ƏƏSMN-nin eks aparat rəhbəri Əjdər Ol-un yaratdığı maxinasiyalar hələ də Ağcabədidə rayon DSMF-də icra olunur.Vətəndaşlar saatlarla qapı arxasında gözləyir, rayon DSMF şefi nə vaxt kefinə düşərsə onda qəbul edir. Cənab prezidentimiz İlham Əliyev dəfələrlə məmurların özbaşınalıqlarına son qoyulması ilə bağlı xəbərdarlıqlar etsə də Ağcabədi DSMF sədri İlham Qəmbərov nədənsə bu çağrışlara məhəl qoymur.Açıq deyə bilərik ki,Ağcabədi sakinləri artıq bu məmurun özbaşnalığından bezar olub.Ümid edirik ki,İlham Qənbərovun bu özbaşnalığına ƏƏSMN-i Sahil Babayev son qoyacaq. Ağcabədi əhalisini bu məmur özbaşnalığından xilas edəcəkdir. PS.Növbəti saylarımızda Ağcabədi DSMF-nin müdiri hansı işçisinin əli ilə vətəndaşlardan kartları aldırır? Daha hansı yeyintiləri var? Xəbəral.az saytı vasitəsi ilə bu özbaşınalıqlara daha geniş aydınlıq gətirəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Geri qayıt |