Əsas Səhifə > Gündəm, Manşet > Beynəlxalq Bank “Akkord”a ZƏRBƏ: qeyri–yaşayış “obyekt”lərinə əl qoydu

Beynəlxalq Bank “Akkord”a ZƏRBƏ: qeyri–yaşayış “obyekt”lərinə əl qoydu


31-05-2018, 08:42
Beynəlxalq Bank “Akkord”a ZƏRBƏ: qeyri–yaşayış “obyekt”lərinə əl qoydu
Azərbaycan Beynəlxalq Bankı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ilə aralarında olan borc məsələsini maraqlı üsulla həll edib. Azinforum.az-ın əldə etdiyi məlumata görə , tərəflər arasında əldə edilən razılaşmaya əsasən bundan sonra, “Akkord”un şəhərin müxtəlif ərazilərində olan yaşayış komplekslərindəki qeyri- yaşayış sahələrinin idarəetməsinə Beynəlxalq Bank nəzarət edəcək. Bizə məlumat verən mənbənin sözlərinə görə, Beynəlxalq Bank yalnız bu üsulla “Akkord”un ona olan borcunu ödətdirmək istəyir. Bundan əvvəl “Akkord” komplekslərindəki qeyri yaşayış komplekslərinin idarə olunması ilə “Property İnvestments” adlı Məhdud Məsuliyyətli Cəmiyyət məşğul olub. Bildirilir ki, artıq “Property İnvestments”lə Beynəlxalq Bank arasında təhvil-təslim prosesi həyata keçirilir.
Bu istiqamətdə apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, “Property İnvestments” 2015-ci ilin mart ayında yaradılıb.

Şirkətin hüquqi ünvanı kimi, Bakı şəhəri, Nərimanov rayonu,Əliyar Əliyev küçəsi,ev 8 göstərilir. Şirkətə aid səhifədə onların fəaliyyət sahəsi belə təsbit edilir: qeyri-yaşayış sahələri,yeraltı dayanacaqlar və qarajların icarəyə verilməsi.
“Property İnvestments” MMC mülkiyyətində 21538.67 m2 yeraltı dayanacaq, 49310 m2 qeyri-yaşayış sahələri və 6188.16 m2 anbarların olduğu bildirilir. Ən maraqlısı isə budur ki, sözügedən şirkətin adı “Akkord”un məlumat səhifəsində özünün törəmə şirkəti kimi göstərilir:

“Son iki il ərzində Akkord Korporasiyasının daxilində aparılan planlı struktur dəyişiklikləri nəticəsində müxtəlif istehsal istiqamələri üzrə “Akkord Mərmər Qranit”, “Akkord Beton”, “Akkord Prefabrik”, “Qazax Sement Zavodu”, “Akkord Steel Construction Company”, “Akkord Hydrotechnical Construction Company”, “Akkord Asfalt”, “Akkord Tekstil”, “Akkord Kərpic”, “Akkord Nəqliyyat”, “Deutsche Fassaden Technologien”, “Körpü Tunel Tikinti”, “Property Investments”, “Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi”, “Accopen” kimi məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb”.

Mövzu ilə bağlı əlaqə saxladığımız “Akkord” şirkəti yaranmış vəziyyəti şərh etmək istəmədi. Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.

Geri qayıt