Əsas Səhifə > Gündəm, Manşet > "İcra başçısı oğlumu haqsız olaraq həbs etdirib"
"İcra başçısı oğlumu haqsız olaraq həbs etdirib"12-05-2018, 08:18 |
DİA.AZ: - Zərdab rayonu Çalıı kənd sakini Məmmədov Tehran Qənimət oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır: "Mənim oğlum Qəniməti 11 may 2018-ci il tarixdə Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbs ediblər. Səbəb isə Qənimətin icra başçısının fəaliyyətini sosial şəbəkədə ictimailəşdirməsi olub.Oğlum Qənimət fecbook sosial şəbəkəsində "Zərdabda Haqqın Səsi" adlı qrup yaradıb orada rayonda baş verən neqativ halları, sosial problemləri paylaşırdı.Bu isə Zərdabın icra başçısı Lütvəli Babayevə xoş gəlmədi. Çünki Lütvəli Babayev 11 ildə rayonda böyük kök salıb.Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib.Həbs edilən oğlum Qənimətin müdafiə hüquqları pozulub onunla əsir kimi davranılır, işgəncə veriblər.Həttda dünən apardığımız yeməyi qəbul etmədilər dedilər ki, bir başa icra başçısının göstərişidir ki, yemək qəbul etməyin.Qeyd edim ki, ittiham tam saxta və qondarmadır.Qənimət 2-ci qrup əlildir və himayəsində 3 azyaşlı övladı var.Kiçik övladı 1 ay əvvəl dünyaya gəlib. Qənimətin tam günahsız olmasına dair konkret və mötəbər subutlar var. Bizə Zərdab Rayon Polis Şöbəsindən ancaq onu dedilər ki, hədə-qorxu ilə tələb eləmə maddəsi ilə ittiham olunacaq, artıq şikayətçilər var.Ancaq şikayətçilərin kimlər olmasını demədilər.Mənim oğlum heç kəsə hədə qorxu gəlməyib.Sadəcə onun şəffaf fəaliyyəti qanunsuz əməllərlə məşğul olan icra başçısı Lütvəli Babayevi təşvişə saldığı üçün oğlumu şərlətdirərək həbsə atdırıb. Qondarma şikayətçilər isə ancaq Lütvəli Babayevin əlaltıları olacaq. Lütvəli Babayev o kəsdir ki. bir neçə il əvvəl qadını şərlətdirib həbsə atdırdı, aprel şəhidinin ailəsinin əlindən 500 manat pulunu aldı.Ən əsası isə gəlin baxın görün Zərdab rayonu necə bir bərbad gündədir.Öz qanunsuz yaranaz fəaliyyəti ilə insanların nifrətin qazanıb, narazılıqlar yaradan icra başçısı Lütvəli Babayevin özü bu gün həbsdə olmalıdır mənim oğlum yox. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.Sizdən xahiş edirəm tam qanunsuz qondarma ittihamla həbsə atılmış günahsız oğlum Qənimətin azad olunmasına köməklik göstərəsiniz, Zərdab rayon sakinlərini Lütvəli Babayevin zülmündən qurtarasınız.Xahiş edirəm köməklik edəsiniz". dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |