Əsas Səhifə > Gündəm, Manşet > Hacı Salayev keçmişini “silir”

Hacı Salayev keçmişini “silir”


30-04-2018, 09:52
Hacı Salayev keçmişini “silir”
Sabiq milli təhlükəzilik naziri Eldar Mahmudovun hakimiyyətdəki dəstəsi “de-şifrə” olunduqdan sonra bir sıra deputatların da onunla əlaqədə olması gündəmə gəldi.

Bəzi məlumatlarda isə vurğulanırdı ki, hətta Mahmudov bir sıra şəxslərin mandat almasına nail olub. Həmin şəxslər isə Milli Məclisdə onun sözçüsü qismində çıxış edirlər…

İlk olaraq, biznesmen deputat kimi tanınan “AG Bank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev mandatdan məhrum edildi.

Eldar Mahmudovla yaxın münasibətdə və “MTN işi”ndə adı hallanan deputatlardan biri də Hacı Salayev idi.

Məlumatlarda bildirilirdi ki, Hacı Salayevin hazırda həbsdə olan Akif Çovdarov və MTN-nin Anti-terror Mərkəzinin rəis müavini, təcridxanada intihar edən İlqar Əliyevlə də yaxın münasibətləri olub.

Tendensiya.com-a daxil olan ilginc məlumata görə, Hacı Salayev 2015-ci və 2016-ci illərdə özü haqqında yayılan məlumatları saytlardan sildirir. 30-a yaxın saytdan keçmişi ilə bağlı məlumatları sildirən deputat sanki çətin bir problemdən yaxa qurtarmağa çalışır.

Mənbə deyir ki, bu işdə Hacı Salayevə mediada çalışan dostları da xüsusi yardım edirlər. Amma artıq məsələnin Prezident Adminstrasiyasında da müzakirə olunduğu iddia edilir.

O bildirib ki, Salayev bunu məqsədli şəkildə edir. Belə ki, payızda ölkədə növbədənkənar parlament seçkiləri gözlənilir. Və belə bir şəraitdə deputat durumdan yararlanmağa, mandatını əlindən saxlamağa cəhd edir. Onun MTN-lə əlaqələri barədə məlumatları saytlardan sildirməsinin də növbəti seçkilərlə birbaşa əlaqəsi var.

Bəs Hacı Salayevin mediadakı nümayəndələri kimdir? Bu zəncirvari uzantılar barədə bir qədər sonra…

2015-ci il noyabr ayının 1-də Parlamentə keçirilmiş seçkilər zamanı Hacı Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilib.

Məsələ ilə bağlı deputatla əlaqə saxlamaq mümkün olmayıb.

Geri qayıt