Əsas Səhifə > Gündəm, Manşet > "Konfirom" MMC vətəndaşların qəsdinə durub?

"Konfirom" MMC vətəndaşların qəsdinə durub?


27-03-2018, 08:37
"Konfirom" MMC vətəndaşların qəsdinə durub?
DİA.AZ: - Ucar şəhəri M.Ə.Rəsulzadə küçəsi Beton Zavod Yaşayış evi sakini Əhmədov Kamil Nurməmməd oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Başıma gələn hadisə ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Şahin Mustafayevə şikayət ərizəsi göndərmişəm. Mətbuat vasitəsi ilə də nazirə müraciət edirəm.
Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki, 23 mart 2018-ci il tarixdə çay içən zaman şikoladın içindən dəmir qırıntısı çıxdı.Bu şikolad Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Konfirom" MMC-nin istehsal edir.Floriya Rossi adlı bu içərisindən dəmir qırıntısı çıxan şikoladı və kağızını subut kimi saxlamışam.Həmçinin bu faktı görən və təsdiq edən şahidlər var. Əgər diqqətli olmasaydım sağlamlığıma ciddi fəsadlar törədə bilərdi.Buna görədə şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Konfirom" MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir."Darenka", "Bəhri", "Floriya" "Rosii" adlı zay, xarab, təhlükəli yeyinti məhksullarını yalançı reklamlarla vətəndaşlara sırayan "Konfirom" MMC-nin məhsullarını Azərbaycan bazarından çıxarılmalı və insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir.

Mən "Koniform" MMC-nin əməlləri barədə İqtisadiyyat Naziri Şahin Mustafayevin email poçtasına şikayət məktubu göndərmişəm. Həmçinin bu gün mərkəzi poçtla şikayət ərizəsi göndərmişəm. Mətbuat vasitəsi ilədə İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edirəm.
Cənab Nazir Sizdən xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla araşdırıb qanunsuz fəaliyyətlə məşğul olan, insanların həyat və sağlamlıqlarını təhlükədə qoyan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Konfirom" MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görəsiniz".

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

"Konfirom" MMC vətəndaşların qəsdinə durub?
"Konfirom" MMC vətəndaşların qəsdinə durub?
"Konfirom" MMC vətəndaşların qəsdinə durub?
"Konfirom" MMC vətəndaşların qəsdinə durub?
"Konfirom" MMC vətəndaşların qəsdinə durub?

Geri qayıt