Əsas Səhifə > Gündəm, Manşet > Məktəblərdə sığorta biznesi rüzgarı...
Məktəblərdə sığorta biznesi rüzgarı...12-03-2018, 12:18 |
Azərbaycanda məktəblilərin sığortalanmasına başlanıb.“Bakı Sığorta” şirkəti “Sığortalı məktəbli” adlı məhsulu ilə gündəmə gəlib.Şirkət 9 manata məktəbliləri sığortalayacaq.Amma bu sığortalanma valideynlərin hesabına başa gələcək. “Bakı Sığorta” məktəb saatları ərzində baş verəcək kiçik və böyük qəzalarda özü xərc çəkəcək. Həkim, dərman preparatları və digər lazım olan xərcləri şirkət qarşılayacaq.Hətta 2000 manatadək yaranan xərclər sığorta şirkəti tərəfindən ödəniləcək.2000 manatlıq təminata görə isə valideynin ödəyəcəyi məbləğ cəmi 9 manat olaraq təyin edilib. Ekspertlərin fikrincə, fərq etməz, bütün sahələrdə sığortalanma prosesi dövlət tərəfindən həyata keçirilməlidir.Dünyanın bir çox ölkələrində sistem dövlət tərəfindən təmin olunur və əhalinin hər bir vətəndaşının təhlükəsizliyi bu təminatla qorunur.Eləcə də məktəblilərin sığortalanması da dövlət hesabına icra olunur.Bundan əlavə təhsil almaq icbari və pulsuz olduğu üçün məktəblilərin sığortalanması da bu səbəbdən dövlət hesabına təmin olunmalıdır. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ümumilikdə məktəb şagirdlərinin sığortalanması çox müsbət addımdır. Çünki ortaya çıxan istənilən bədbəxt hadisələr zamanı bəzi hallarda valideynlərin maddi imkansızlıqları ucbatından xəsarət dəhşətli fəsadlara çevrilir: “Bu halda dövlət həmin maddi imkanları qarşılamalıdır. Qardaş Türkiyədə bu sistem bir neçə formada uzun müddətdir ki, tətbiq edilir.Belə ki, Genel Sağlık Sigortası adı altında bütün təhsil alanlar sığortalanır və onlar təhsil aldıqları müddətdə adi tibbi müayinədən tutmuş, ciddi əməliyyatlara qədər məhz sığortanın vəsaitindən istifadə edirlər”. Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasına və Təhsil haqqında qanuna görə dövlət şagirdlərə pulsuz orta təhsil vermək öhdəliyini götürüb.Bu zaman ortaya çıxacaq münasibətlərin və ödənişlərin hamısı dövlət büdcəsi hesabına həyata keçirilir. Hətta Azərbaycan Respublikası prezidentinin 2004-cü il sərəncamı ilə orta məktəblərdə təhsil alanlar bütün dərs vəsaitləri ilə pulsuz, dövlət büdcəsinin vəsaiti hesabına təmin olunurlar. Sözügedən sığorta da dövlət hesabına həyata keçirilməlidir: “Azərbaycanda hələ icbari tibbi sığorta belə həyata keçirilmir. Amma bütün dünya ölkələrində bu sistem işləkdir.Avropa və Amerika ölkələrinin hər birində şagirdlər məcburi qaydada sığortalanır.Azərbaycanda sığorta fəaliyyəti hələ ki yenidir və tam öz yerini tutmayıb.Buna səbəb bəzi hallarda sığorta şirkətlərinin insanları aldatması, ödənişlərin verilməsi ilə bağlı yaratdıqları problemlərdir.Amma hesab edirəm ki, şagird və tələbələrin sığortalanması məcburi və dövlət vəsaiti hesabına həyata keçirilməlidir”. Geri qayıt |