Əsas Səhifə > Gündəm, Manşet > MTN və rabitə “çeteləri” üzvlərinin həbsdən çıxmasının “sirri”
MTN və rabitə “çeteləri” üzvlərinin həbsdən çıxmasının “sirri”8-03-2018, 08:33 |
“MTN çetesi” və “Rabitə çetesi” adlandırılan dəstələrin həbsdə və istintaq altında olan üzvləri ilə bağlı məhkəmələrdə olduqca şübhəli proses gedir. 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində başlanan və sonradan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçrayan həbslər illərlə fəaliyyət göstərən kriminallaşmış məmurların ifşası kimi başa düşüldü. Hazırda isə hər iki “çete”nin üzvlərinin törətdikləri cinayətlərə, dövlətə vurduqları və milyonlarla, bəzi hallarda isə milyardlarla ölçülən ziyanlara baxmayaraq yüngül cəzalarla yaxalarını kənara çəkmələri müşahidə edilir. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, hazırda baş verənlər olduqca müəmmalı bir prosesin görünən tərəfidir: “Görünür ki, Eldar Mahmudovun azadlıqda gəzməsinin baş verənlərdə rolu var. O, çöldə qalaraq komandasında olmuş, onunla işləmiş digər nazirliyin işçilərini də cəzadan azad etdirə bilir. MTN-in istintaq idarəsinin rəis müavini Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsi nə deməkdir? Bu, Eldar Mahmudovun təsir imkanlarının qalmasından xəbər verir. Onun dəstəsi bir-bir azadlığa çıxacaq, hətta bəzilərini əvvəlki vəzifələrinə də bərpa edə bilərlər”. Ə.Zeynallı deyir ki, Azərbaycanda belə presedentlər var: “2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi işləmiş Könül Vəliyevanı həkimlərdən rüşvət yığdığına görə həbs etmişdilər. Hətta bir dəfə ”voronok"da (dustaq maşını- E.M.) Bakı İstintaq Təcridxanasına birgə gəlmişdik. O qadını 2 ayın içində Bakı Apelyasiya Məhkəməsi açıb buraxdı. Bir müddət keçəndən sonra həmin qadını Narkoloji Dispanserə baş həkimin müavini təyin etdilər. Yəni “MTN işi”ndə baş verən proseslər də eyni qəbildəndir. Eldar Mahmudovun azadlıqda qalması MTN-dəki mütəşəkkil cinayətkar dəstənin fəaliyyət göstərdiyini ortaya qoyur. Eldar Mahmudov komandasında olanları bu gün bir-bir çəkib həbsdən çıxarır. Həbsdəki generalların, polkovniklərin böyük sirlərə sahib olduqlarını da bilirik. Şantaj məsələləri var. Vüsal Ələkbərovun məhkəmədəki çıxışlarında da şantaj elementləri var. Bu gün bu adamların cəzalarının azaldılmasının sabah çox ağır nəticələri və fəsadları olacaq". əvəz zeynallı ile ilgili görsel sonucu Ə.Zeynallı deyir ki, hazırda baş verənlər cəmiyyətdə cəzasızlıq sindiromunun kök atmasına səbəb olacaq: “Yüzlərlə insanın haqqına girən, iş adamlarının milyonlarla manat, dollar vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstə üzvlərinə 3-5, maksimum 12 il cəza verilməsi və həmin cəzaların fantastik dərəcədə azaldılmasının ağır nəticələri olacaq. Hətta ictimai itaətsizliyə gətirib çıxara bilər. Cəza siyasətinin effektinin aradan qaldırılmasına səbəb ola bilər”. Ə.Zeynallı deyir ki, Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə dövlətin iqtisadi qüdrətinə zərbə vurub: “Beynəlxalq Bank işi” üzrə zərər milyardlarla ölçülür. İş adamlarına dəyən zərbə haqda mətbuat yazıb. Bu adamlar cinayət edib gedib 5-10 il cəza alırlar. Cinayət yolu ilə əldə etdikləri pullardan verib həbs yerlərində bəy balası kimi yaşayırlar. Sonra Apelyasiya Məhkəməsi cəzalarını azaldır. İş Ali Məhkəməyə gedir. Oradan isə açıb buraxırlar. Adamlar oğurladıqları, talan etdikləri milyonları gizlətdikləri xarici ölkələrə çıxıb gedib orada firavan həyatlarını yaşayırlar. Cəza siyasətinin mahiyyəti itir axı! Ciddi bir cinayəti olmayan insanlara 10 ilə cəza verirlər və həmin cəzanı sona qədər çəkməsinə nəzarət olunur. 10 milyard oğurlayana da 10 il iş verirlər. Onlar isə pulunu verir və 2-3 ilə azadlığa çıxır. Bu halda cəza siyasətinin anlamı nə olur?" Ə.Zeynallı deyir ki, bu gün baş verənlərin nəticələri çox ağır olacaq: “Normalda bu adamlar çox ciddi cəzalar almalı, çox ciddi şəkildə cəzalandırılmalı idilər. Cəmiyyətə ”bir daha belə qanunsuzluqlara yol vermək olmaz" anlayışı aşılanmalı idi. Cəzanın mahiyyəti budur. 100 milyonlarla büdcə pulunu oğurlayanları açıb buraxırlar. Təbii ki, bunun çox ağır bədəli olacaq, ictimai itaətsizliyə aparacaq. Sabah insanlar dövlət vəzifələrini ələ keçirib mümkün olan həvəslə, iradə ilə dövlətin büdcəsini talayacaq, vətəndaşların haqqını pozacaqlar. Tutulandan sonra isə bir qədər puldan xərcləyib həbsdən çıxacaq. Vətəndaşların hüquqları pozuldu və dövlətin pulları da qayıtmadı axı?! Cəza sistemi dəyişməlidir, yenidən qurulmalıdır. Əks halda, ortaya çıxacaq çetelərin yanında “MTN çetesi” və “Rabitə çetesi” toya getməli olacaq". “Yeni Müsavat” Geri qayıt |