Əsas Səhifə > Gündəm, Manşet > Milyonluq əmanət davasında məhkəmə qalmaqalı:
Milyonluq əmanət davasında məhkəmə qalmaqalı:2-03-2018, 08:53 |
Lisenziyası ləğv olunan banklarda qalan sığortalanmayan əmanətlərin qaytarılmaması ciddi narazılıqlar yaradır. Bəzi banklarda təkcə bir nəfərə məxsus böyük həcmdə sığortasız əmanətlər var. Belə ki, ləğv prosesində olan “Bank Standart” QSC-dəki 157 milyon manat məbləğində sığortasız əmanətin təxminən yarısı- 80 milyon manata yaxını ancaq bir nəfərə məxsusdur. Sığortalanmamış əmanətlər isə mövcud durumda demək olar ki, geri qaytarılmır. “Bank Standart”ın Kreditorlar Komitəsinin rəhbəri, hüquqşunas Əkrəm Həsənov bu haqda Cebhe.info-ya danışıb. Yaranmış problemlə əlaqədər bir sıra rəhbər şəxslər haqqında iddia qaldırılacağını deyib: “Banklarda qayda belədir ki, əgər əmanət manatladırsa, onun faiz dərəcəsi 15, xarici valyutada isə 3 faizi keçməməlidir. Ancaq bu halda əmanətlər sığortalanır. Sözügedən həmin əmanət isə xarici valyutadadır və faiz dərəcəsi 3-dən yuxarıdır. Belə olduğu üçün də sığortalanmayıb. Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qaytarmaya bilər. Ümumilikdə, “Bank Standart”da 157 milyon sığortalanmayan əmanət var. Problem ondan ibarətdir ki, qanuna görə ilk növbədə Fondun pulu qayıtmalıdır. Çünki Fond sığortalanmış əmanətləri kompensasiya edib və buna 437 milyon xərc çəkib. Əvvəl həmin 437 milyon qayıtmalıdır, ondan sonra bankın nəsə əmlakı qalarsa, sığortalanmayan əmanətlərə yönləndirilir. Fond isə bilir ki, bankın ümumi əmlakının həcmi təxminən 250 milyon manatdır. Yəni, heç Fondun pulunu ödməyə çatmır. Buna görə də Kriditorlar Komitəsində belə bir qərar oldu ki, bankı bu vəziyyətə gətirənlərə qarşı iddialar qaldırılsın. Yəni, pulumuzu onlardan tələb edəcəyik. Bunlar da Mərkəzi Bank, baş bankir Elman Rüstəmov, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Palatanın İdarə Heyətinin sədri İbrahim Alışovdur və “Bank Standart”ın sağlamlaşmasına cəhd edilən dövrdə banka rəhbərlik etmiş Xalid Əhədovdur ki, o da hazırda Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin sədridir. Yəni, bütün bu adlarını sadaladığım şəxslərə qarşı kreditorlar iddia verəcək. Çünki kreditorlar ən yaxşı halda belə pullarını qaytara bilməyəcəklər. Buna görə də bankı bu vəziyyətə gətirməsində şübhəli bildiyimiz şəxslərə qarşı iddia qaldıracağıq”. Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ilk növbədə xırda əmanətlərin qaytarılmasının zəruri olduğunu deyib: “Əmanətlərin Sığortalanması Fondu var və bank zamanında ona köçürmələr edib. Onlar oturub fikirləşməlidir ki, istər sığortalanan, istər sığortalanmayan əmanətləri necə qaytarsınlar. Hesab edirəm ki, ilk növbədə 1000-2000 manat, yaxud dollar həcmində olan əmanətləri qaytarmaq lazımdır. Çünki onlar kasıb adamlardır- həkimlər, müəllimlərdir və s. Hesab edirəm ki, bütün əmanətlər qaytarılmalıdır. Olmasa, bankın əmlakını satışı çıxarıb, bu prosesi aparmaq lazımdır”. Geri qayıt |