Əsas Səhifə > Gündəm, Manşet > Göyçayın icra başçısının adı qalmaqalda
Göyçayın icra başçısının adı qalmaqalda19-02-2018, 08:49 |
DİA.AZ: - Göyçay rayon sakinləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazır: "Göyçay Rayon İcra Hakimiyyəti başçısı rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə edib.Qardaş oğlu isə demək olar ki, birdən-birə milyarder olmaq eşqinə düşərək böyük biznes imperiyası qurmağa start verib. Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan az sonra qardaşı oğlu Səmədi Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə təyin etdi. Təxminən bir ay əvvəl isə Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirildi.Səmədin qurduğu plana əsasən Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində mebel Rəşid adlı şəxslə ortaq "Təzə Bazar" adlı bazar açıblar. Göyçay Avtobazasında yerləşən bazarda 500 dən çox insan alver edib evinə çörək aparırdı ki, indi həmin şəxslər işsiz qalıblar.Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda çoxlu sayda işsızlər ordusu yaranmışdır. Mehdi Səlimzadənin qardaşı oğlu ilə açdığı "Təzə Bazar" əhalinin və avtomobillərin gediş-gəlişinə ciddi maneə yaratmışdır.Bu səbəbdən orada baş verən avtomobil qəzası insan ölümünə səbəb olmuşdur. Həmçinin yaxınlıqda yerləşən Göyçay şəhər 7 nömrəli tam orta məktbəin şagirdləri üçün ayrılmış keçidi bazara görə ləğv etdirib məktəblilərin həyatını ciddi təhlükə qarşısında qoyublar.Həmin bazarın ərazisini genişləndirmək üçün vətəndaşlara məxsus torpaq sahələrini ümumilikdə 500.000 manata alınıb.."Təzə Bazar" da alış-verişi gücləndirmək üçün isə zorakılığa əl atılaraq bütün kənd avtobuslarının üzərinə qanunsuz olaraq "Təzə Bazar" yazılmış reklamlarla bəzədilib və avtobuslar kəndlərdən camaatı gətirib zorla həmin bazara düşürdürlər. Bu isə ciddi narazılıq yaradıb.Həttda süni qiymət artımının qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkasını Göyçay şəhərinin mərkəzində keçirmək əvəzinə reklam üçün "Təzə Bazar" da təşkil edilmişdir.Bu şou kimi təşkil edilən yarmarkada məhsullar bazar qiymətinə satılır. Başqa rayonlarda isə həmin yarmarkalar bazardan kənarda təşkil olunur deyə ucuzluq olduğundan, sakinlər bundan razı qalırlar". dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |