Əsas Səhifə > Gündəm, Manşet > "Ancaq təəssüflər olsun ki, yaradılan komissiyanın..."

"Ancaq təəssüflər olsun ki, yaradılan komissiyanın..."


13-02-2018, 08:44
"Ancaq təəssüflər olsun ki, yaradılan komissiyanın..."
Son illər Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb. Xüsusən turizm və kənd təsərrüfatı sahələrinə dövlətin tətbiq etdiyi vergi güzəştləri və subsidiyalar bu sahələrdə çalışan insanlara ciddi dəstək verməkdədir. Ancaq təəssüflər olsun ki, kənd təsərrüfatı sektorunda hələ də ciddi problemlər qalmaqdadır. Kənd təsərrüfatı sektorunda bəzən müəssisə rəhbərləri strukturun yuxarı instansiyalarında çalışan məsul şəxslərlə əlbir olaraq dövlətin mal-mülkünü talan edirlər. Bu cür neqativ hallardan biri də Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verir. Bir qrup Beyləqan rayon sakini-İsmayılov Əlyar Qulam oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Əsədov Ceyhun Qəhraman oğlu, Abbasquliyev Müslüm Əsədulla oğlu, Əliyev Əliyəddin Nuru oğlu və Quliyev Xaliq Xosrov oğlu qarşılaşdıqları haqsızlıq və qanunsuzluqlara, korrupsiya hallarına göz yuma bilməyərək Qlobal.az-a müraciət edib.

Saytımızın ötən sayında (http://qlobal.az/nazirliyin-sbe-mudiri-ile-muessise-direktoru-korrupsiyada-ittiham-olunur-vitse-prezidente-sensasion-sikayet/#.WoHbcyXFLIU) Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən Beyləqan rayon sakinləri ölkənin ən böyük aqrar müəssisələrindən biri olan Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verən korrupsiya hallarından şikayət edirdilər. Qlobal.az-a ünvanladıqları bu dəfəki məktubda isə şikayətçilər yaranmış acınacaqlı durumla yerində tanış olmaq və lazımi hüquqi ölçü götürülməsi üçün Azərbaycan Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanovu Beyləqan rayonuna, Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinə dəvət edirlər.

Qlobal.Az şikayət məktubunu olduğu kimi təqdim edir:

"Hörmətli Azər müəllim!

2016-cı ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Beyləqan rayonunda "Xətai” adına MMC ilə "Dostluq” MMC birləşərək yerində Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsi yaradılmışdır. Bu idarə ləğv olunmuş təsərrüfatların hüquqi varisidir. Müəssisəyə direktor ləğv olunmuş "Xətai” MMC-nin rəhbəri Çərkəz Şirinov təyin edilmişdir. Həmin gündən biz "Dostluq” MMC-nin işçilərinin qara günləri başlamışdır. Birləşmə zamanı direktor təyin olunan bu adam təyin olunduğu gündən öz qohum-əqrabasını, tanışlarını, müəssisədə heç vaxt işləməmiş şəxsləri işə götürmüş, hətta başqa iş yerləri olan şəxsləri işə götürməyinə baxmayaraq, "Dostluq” MMC-nin heç bir yerdən gəliri olmayan, tək dolanışıq yerimiz bu idarə olan bizləri işdən çıxartmışdır.

Dəfələrlə Kənd Təsərrüfatı nazirliyinə şifahi və yazılı müraciət etsək də, nazirliyin idarə rəisi Tofiq Qocayev bu məktubların nəticəsiz qalması üçün əlindən gələni edir. Şikayətlərimiz əsasında hömətli nazir Heydər Əsədov müəssisəni yoxlamaq üçün komissiya təşkil etdi. Ancaq təəssüflər olsun ki, yaradılan komissiyanın obyektiv araşdırma aparmasına Tofiq Qocayev ciddi əngəl yaratdı. Kiçicik bir araşdırma apartdırsanız bu iki şəxsin birləşərək yeni yaradılan müəssisəni necə talan etdiklərini görəcəksiniz.

Hörmətli Azər müəllim!

Sizə tam əminliklə deyirik ki, yarandığı gündən 500 hektar taxıl, 650 hektar pambıq, 200 hektara yaxın yonca sahəsi, dövlət dəstəyi ilə alınan yüz minlərlə manat subsidiya əlinin altında olan Çərkəz Şirinov heç bir qanunları tanımır, orta təhsilli baş mühasiblə bu vəsaitləri saxta yollarla mənimsəməklə məşğuldur. Cənab Prezidentimiz məhtərəm İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xalqımızın rifahı, dövlətimizin inkişafı naminə yürütdükləri uğurlu iqtisadi siyasəti Çərkəz Şirinov, Tofiq Qocayev kimi şəxsi maraqlarını, ciblərini düşünən adamlar kölgə altına salır. Sizin nəzərinizə Tofiq Qocayevlə Çərkəz Şirinovun mütəşəkkil maxinasiyalarından kiçiçik rəqəmlər çatdıraq: bu il taxılın Respublika üzrə göstəricisi 30-35 sentner olduğu halda müəssisədə 18 sentner, pambığın 20-30 sentner olduğu halda 12 sentner, hər 100 baş qaramaldan 100 başa bala alındığı halda 30 bala, hər yüz qoyundan 80 bala alındığı halda 25-30 bala kimi rəsmiləşdirilmişdir.

Hörmətli Azər müəllim!

Ötən ayın - yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da iştirak etdiyi bu konfransda ölkəmizin müxtəlif yerlərindən olan sahibkarlar nail olduqları uğurlardan danışdılar. O sahibkarların arasında elələri var idi ki, rəhbərlik etdikləri aqrar müəssisələr nə texnika, nə əkib-becərdikləri torpaqları, nə də ki, mal-qaraları baxımından Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsi ilə müqayisə edilməzdilər. Necə ola bilir ki, bu cür xırda müəssisələrin rəhbərləri əldə etdikləri uğurlar barədə konfransda iştirak çıxış edərək məlumat verirlər, amma min hektarlarla torpağı olan müəssiənin rəhbəri iştirak etmir? Cavabı sadədir. Çünki Çərkəz Şirinovla Tofiq Qovayevin qara-qura əməlləri sayəsində bu müəssisənin sadəcə adı qalıb. Məhv edilib bu müəssisə.

Hörmətli Azər müəllim!

Siz cənab Prezidentimiz İlham Əliyevin ölkəmizdə apardığı uğurlu aqrar siyasətə birbaşa məsul olan şəxssiniz. Dəfələrlə ölkəmizin müxtəlif regionlaına səfər edərək görülən işlərlə şəxsən tanış olursunuz. Biz Sizin fəaliyyətinizi dəyərləndirir və Sizi Beyləqan rayonuna dəvət edirik. Xahiş edirik gəlin Beyləqan rayonuna, Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsində baş verən maxinasiyaları şəxsən görün. Əminik ki, bizim səsimizə səs verəcəksiniz".

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

"Ancaq təəssüflər olsun ki, yaradılan komissiyanın..."
"Ancaq təəssüflər olsun ki, yaradılan komissiyanın..."

Geri qayıt