Əsas Səhifə > Gündəm, Manşet > Qax sakini nədən narazılıq edir?
Qax sakini nədən narazılıq edir?9-01-2018, 08:30 |
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Azərbaycan Respublikasının Ədliyyə naziri cənab F.Məmmədova, Azərbaycan Respublikası Ombudsman Aparatının sədrinə, Azərbaycan Respublikasının Sosial Təminat naziri cənab S.Müslümova, Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq problemləri Dövlət Komitəsinin sədri xanım H.Hüseynovaya, Ədliyyə Nazirliyinin Qax İcra Şöbəsinin müdirinə, Qax rayon İcra Hakimiyyətininbaşçısı cənab M. Şəkiliyevə, Azərbaycanın müstəqil mətbuat orqanlarına Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən Ə R İ Z Ə Mən, Vüsalə Abdurahmanova 2012-ci ildə Qax rayonun Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə ailə həyatı qurmuşdum. Hazırda 5 yaşında Zəhra və 2 yaşında Zeynəb adlı övladlarımız var. Lakin çox təəssüflər olsun ki, həyat yoldaşım Rüstəmin anası bizim ailə işlərimizə qarışması nəticəsində imkan vermədi ki, ailə bir olsun. Hər ikimizin istəyinin əksinə olaraq qaynanamın əmrilə boşanmaq məcburiyyətində qaldıq. 2014-cü ildən boşanma rəsmiləşmişdir. Və mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 3 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq cəmi 25 manat pul ödəyir.Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu malqara sahibidir. Geniş torpaq sahələri, fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan 136 manatı ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-ci qrup əlil kimi sənədləşdirərərk guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara bildirmişdir. Ədliyyə Nazirliyinin Qax rayon İcra Şöbəsi də hansısa maraqlar ucbatından aliment ödənilməsi qaydasını keçmiş ərimin (daha doğrusu qaynanamın) arzu və istəyinə uyğun olaraq müəyyənləşdirmişdir. Mən dəfələrlə alimentin tam formada ödənilməsilə bağlı Qax rayon İcra Hakimiyyətində, məhkəmə İcra şöbəsində olub şikayətlər etsəm də heç bir faydası olmamaışdır. Bir neçə il əvvəl Osmanovlar ailəsinin qoyun-quzusunu otaran iki cavan çoban qaldıqları və yaşadıqları vaqonda yanaraq ölmələrinə baxmayaraq ailə bu faciədən heç bir məsuliyyət daşımadan qurtula bildi. Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur. Mənim bircə istəyim var ki, son üç ildə dövlətin təyin etdiyi hər bir uşaq üçün aliment pulunu alıb bu zavallı uşaqları dolandırım.Başqa heç nə. Və ona görə də Azərbaycan Qanunlarının mənimlə və Osmanovlar ailəsilə bağlı Qax rayonu ərazisində işləmədiyini nəzərə alaraq çox hörmətli Birinci vitse-prezidentə və çox hörmətli Ədliyyə nazirimiz Fikrət müəllimə şəxsən müraciət etmək istəyirəm ki, mənə bu məsələdə köməklik göstərsinlər ki, mən uşaqları heç olmasa qidalandıra bilim. dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |