Əsas Səhifə > Gündəm, Manşet > Təhsil naziri postu uğrunda rəqabət...

Təhsil naziri postu uğrunda rəqabət...


22-12-2017, 09:22
Təhsil naziri postu uğrunda rəqabət...
Hazırda boş qalan təhsil naziri vəzifəsinə təyinat ləngidikcə bu posta iddia edənlərin də sayı artır.Hətta,bir müddət əvvəl bəzi media təmsilçiləri Təhsil naziri görmək istədikləri şəxsin adını vurğuladılar. Bu mənada KİV-də iki namizədin adı kifayət qədər diqqət çəkdi.Onlardan biri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov,digəri isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur. Hər zaman mətbuatın gündəmində olan bu iki şəxsin nazir olmaq perspektivlərinə diqqət yetirək.
20 ilə yaxın – 1998-ci ildən bəri BDU-nun rektoru vəzifəsində çalışan A.Məhərrəmovun nazir olmaq istəməsi ilə bağlı söz-söhbərlər yeni məlumat deyil. Onun bu iddiası ilə bağlı ötən son 5-6 ildə mediada dəfələrlə yazılar tirajlanıb. Elə bu iddiasına görə də sabiq təhsil naziri Mikayıl Cabbarovla Abel Məhərrəmov arasında “soyuq küləklər” əsirdi.

Həmin dövrdə BDU-nin rektoru Abel Məhərrəmov özlüyündə ona qarşı təhlükəli vəziyyətin olduğunu bilir, bu səbəbdən çox ehtiyatlı davranırdı. Barəsində yuxarılara hər hansı şikayətin edilməməsinə, mətbuatda haqqında tənqidlərin olmamasına və kütləviləşməməsinə çalışırdı. Belə demək mümkündürsə, “öz silahının əlində açılmasını istəmir”, müqavimət göstərə bilirdi. BDU-da keçirilən sessiya imtahanlarının “cilovlanmasını” təmin edirdi. Bir sözlə, tələbələrin 2014-cü ilin qışındakı məlum narazılığının bir daha təkrarlanmamasına çalışırdı.Plan üzrə hərəkət edən A.Məhərrəmov iddiasının gerçəkləşəcəyi günü səbirsizliklə gözləyirdi,bu gün də gözləyir.

Ancaq Faktinfo.az olaraq belə hesab edirik ki, rektorun nazir olmaq şansı o qədər də yüksək deyil. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var ki, bu barədə geniş bəhs etməyə ehtiyac duymuruq. Təkcə onu qeyd edək ki, sosial şəbəkələrdə, instaqram səhifələrində A.Məhərrəmovun özü və məsul vəzifələrdə çalışan qardaşları ilə bağlı mütəmadi olaraq müəyyən təzadlı fikirlərə rast gəlinir.Eyni zamanda, BDU-dakı mövcud xoşagəlməz,münaqişəli durum da heç kəsə sirr deyil. Bütün bunlardan əlavə, A.Məhərrəmovun hakimiyyətin yuxarı eşalonundakı himayədarlarının da fikirləri əvvəlki tək keçərli deyil .

Bunları yaxşı anlayan A.Məhərrəmov Rusiyadakı dostlarından da kömək istəmək məcburiyyətində qala bilər.Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olan A.Məhərrəmov bu məqsədlə qonşu ölkədəki ən yaxın dostlarından birinə-Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiiyə üz tuta bilər. Ancaq hesab edirik ki, istər MDU rektorunun, istərsə də Rusiyanınn hansısa digər siyasi elita nümayəndəsinin vasitəsilə hazırkı şəraitdə nəyəsə nail olmaq inandırıcı görünmür. Bu məsələnin kiminsə xahişi və ya təzyiqi ilə həll olunması demək olar ki, qeyri-mümkündür. Çünki sözügedən təyinat yalnız bir şəxsin – Dövlət başçısı İlham Əliyevin iradəsi əsasında öz həllini tapa bilər və heç şünhəsiz ki, sonda məhz belə də olacaq. Elə bu günlərdə Rusiyanın yeni səfir təyin etmək məqsədilə verdiyi namizədin uyğun bilinmədiyi üçün qəbul edilməməsi də çox mətləblərdən xəbər verir.

Amma,A.Məhərrəmovun nazir olmaq arzusunun gerçəkləşməsi inandırıcı görünməsə də, onun başqa bir vəzifəyə təyinat alacağı ilə bağlı Faktinfo.az-a daxil olan yeni məlumat kifayət qədər real sayıla bilər. Belə ki, BDU rektoruna yaxın çevrədən sayta sızdırılan bilgiyə görə, A.Məhərrəmov tezliklə yeni bir vəzifəyə - Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin oluna bilər. Bu təyinat onun ürəyincə olmasa da, razılaşmaq məcburiyyətində qaldığı bildirilir.

Nazir postuna digər namizəd -ADİU rektoru Ədalət Muradova gəlincə, onun şansları daha az qiymətləndirilməlidir.Bu da səbəbsiz deyil. Belə ki, Ə.Muradovla bağlı son vaxtlar aşkarlanmış faktlar onun şanslarını demək olar ki, heçə endirir.

Məsələ burasındadır ki,Ə.Muradov rektor təyin olunduqdan sonra apardığı kadr dəyişiklikləri, bir sıra yersiz islahatlar kollektivdə əməlli-başlı narazılıq yaradıb. Əksər təcrübəli, peşəkar mütəxəssislərin tutduqları vəzifədən azad edilərək, onların yerinə qohumbazlıq, dostbazlıq və s. prinsiplər əsasında bəzi təcürbəsiz şəxslərin təyin edilməsi, adi ali təhsilli müəllimlərin professorlardan bir neçə dəfə artıq maaş alması və s. faktlar mətbuatın gündəmini zəbt edib.
Digər bir məqam - rektorun doktorluq dissertasiyası və professor diplomları ilə bağlı yaranan məlum qalmaqallı söhbətlər isə ADİU-nun kollektivi arasında əməlli-başlı şok effekti yaradıb. Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi , 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi söz-söhbətə səbəb olub.

Bu azmış kimi, rektorun elmlər doktoru elmi dərəcəsi almazdan əvvəl professor adına layiq görülməsi də pedaqoji kollektiv,elmi ictimayyət arasında,sosial şəbəkələrdə,instaqram səhifələrində böyük müzakirələrə yol açıb. Belə ki, Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. O 21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən söz-söhbətlərə səbəb olub. Burada hər kəsi düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, sonra isə doktor adını necə alıb? Bütün bu təkzib olunmaz faktlar yuxarı dairələrdə nəzərə alınmaya bilməz.Əksnə bir müddət sonra o,ADİU-nun rektor vəzifəsindən də kənarlaşdırıla bilər.

Faktinfo.az-a daxil olan məlumata görə, mövcud durumun fərqində olan Ə.Muradov hadisələri qabaqlayaraq vəziyyətdən çıxmaq istəyir.Belə ki, hazırda öz hesabına 3 günlük məzuniyyətdə olan rektor yeni planını həyata keçirmək üçün“məsləhətləşmələr”aparır.Onun məqsədi yaxın gələcəkdə Azərbaycan Universitetinin bazası əsasında yaradılacaq Vergilər Nazirliyinin Akademiyasına rektor təyin olunmaqdır.Bununla o həm müvazinətini qorumaq istəyir,həm də Vergilər Nazirliyinin məsul şəxslərindən biri olmağa can atır.

Geri qayıt