Əsas Səhifə > Gündəm, Manşet > Göyçay sakini niyə narazılıq edir?

Göyçay sakini niyə narazılıq edir?


30-11-2017, 08:34
Göyçay sakini niyə narazılıq edir?
DİA.AZ: - Göyçay rayonu Çərəkə kənd sakini Bəkirov Aynur Mövsüm oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş DİA.AZ-a yazır:

"Bildirirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS sitemində bizim ailəyə qarşı saxtakarlıq edirlər ki, bunu təsdiq edən konkret subutlarım var.Belə ki, himayəmdə olan 5 nəfərlik ailəmin yoxsulluq həddində yaşamasına görə unvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərimi qanunu qaydada VEMTAS sistemi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdim.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tam qanunsuz olaraq mənim ailəmə ünvanlı sosial yardım təyin edilməsindən imtina etmişdir.Səbəb kimi isə qeyd edilib ki, "Sizin 18.10.2017 tarixli, 177447701089901 nömrəli müraciətinizə görə sosial yardım təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmaması"
Bu imtina tam qanunsuzdur.Belə ki, mənə Göyçay rayon Aqrar İslahatlar Komissiyasının 1998-ci il 30 sentyabr tarixli 43 saylı qərarı ilə 0,22 hektar torpaq sahəsi verilmişdir ki, buna görə Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə 24 manat 50 qəpik pul ödəmişəm.Həmçinin həyat yoldaşım Bəkirova Çinarə Niyazi qızının adına Göyçay rayonunun Çərəkə kəndində olan 0,17 hektar torpaq sahəsinə görə 11 manat 40 qəpik rüsum ödənilmişdir.Buna dair qəbzləri sizə təqdim edirik. Mən bu anlaşılmamazlığa görə DSMF-nin Göyçay rayon şöbəsinə gedib soruşduqda bildirdilər ki, biz sizin və həyat yoldaşınızın adına kənd təsərrüfatına yararlı torpaq sahəsinin olmasını qeydiyyata almışıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalan qeyd edib".

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Bu açıq-aşkar saxtakarlıq faktından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsi edib. Bilirəm bundan nazir Səlim Müslümovun xəbəri yoxdur. Nazir Səlim Müslümov çıxışında qeyd etdi ki, "ünvanlı sosial yardım təyinatında heç bir məhdudiyyət və əngəl yoxdur"
Mən bilirəm ki, nazir Səlim Müslümovun mənə qarşı edilən açıq-aşkar saxtakarlıq faktından məlumatı yoxdur xəbərsizdir. Himayəmdə 3 azyaşlı uşağım var.Uşağımın kiçiyinin 6 yaşı var. Həyat yoldaşım azyaşlı övladıma baxdığı üçün işləmir.Özüm isə kənd təsərrüfatı torpağımı əkirəm ki, əldə etdiyimizi gəlir cüzi olduğu üçün yoxsulluq həddində yaşayırıq.Yaşadığım ev yararsız bir vəziyyətdədir. Yoxsulluğa görə çox çətinlik çəkirik.Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm.Xahiş edirəm bizim ailəyə qarşı edilmiş bu saxtakarlıq faktını özünüz şəxsən araşdırıb qanuna müvafiq tədbirlər görəsiniz.Gözlə görünən mötəbər subutlar sənədlər var ki, əkinə yararlı torpaq sahəmizin qeydiyata alınıb buna dair qəbzlər var.Bizim ailəyə ünvanlı sosial yardım verilməsindən qanunsuz olaraq imtina edilib. Xahiş edirəm bu faktı araşdırıb qanunu tədbirlər görəsiniz".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Göyçay sakini niyə narazılıq edir?
Göyçay sakini niyə narazılıq edir?
Göyçay sakini niyə narazılıq edir?
Göyçay sakini niyə narazılıq edir?
Göyçay sakini niyə narazılıq edir?
Göyçay sakini niyə narazılıq edir?
Göyçay sakini niyə narazılıq edir?

Geri qayıt