Əsas Səhifə > Gündəm, Manşet > Səhiyyə sistemində BAZAR QAYDALARI
Səhiyyə sistemində BAZAR QAYDALARI4-11-2017, 10:47 |
Medicina.az Azərbaycan Respublikasında uşaq dünyaya gətirməyin neçəyə başa gəldiyini araşdırıb. Sosial şəbəkələrdə aparılan və son 3 ayda ana olmuş qadınlar arasında aparılan sorğu nəticəsində bir çox dövlət müəssisələrində, təsərrüfat hesablı olmayan xəstəxana və ginekoloji institutlarda təbii doğuş qiymətləri məlum olub. Qiymətlər bir-birinə çox yaxındır. Beləliklə: - 3 saylı Sabunçu xəstəxanası - 300-350 AZN - Respublika Klinik xəstəxanası - 400-500 AZN - 1 saylı Klinik Xəstəxana – 400-500 AZN - Ə. D. Məlikov adına 6 saylı xəstəxana – 350-400 AZN. Qeyd edək ki, bu məbləğdən əlavə də bəzi xərclər gözlənilir. Doğuşa qəbul olunan qadın əvvəlcədən doğuşu qəbul edəcək mama ginekoloqla danışmalı, detalları müzakirə etməlidir. Hamilə qadınlar doğuş üçün verdikləri məbləğə görə heç bir rəsmi qəbz almayıblar. Bununla da xəstəxanada hansı məbləği ödədikləri rəsmi olaraq sübut etmək mümkün deyil. Qəfildən doğum sancıları ilə xəstəxanaya çatdırılan bir pasiyent isə cəmi 200 AZN ödədiyini bildirib. Xəstəxanalara qəfildən gələn, növbətçi həkimin qəbul etdiyi doğuş nisbətən ucuz başa gəlir. Ötən ay Sabunçu xəstəxanasında doğum etmiş gənc qadın həyat yoldaşının həkimə 350 AZN verdiyini bildirib. Özəl klinikalarda isə təbii doğuşun qiyməti 800 – 150 arasında dəyişir. Nəzərə alaq ki, özəl xəstəxanada pasiyentin qəbulu üçün hər detala pul xərclənir, dövlət xəstəxanaları icarə, tibbi ləvazimat, işıq, su, yer və s kimi xərclərdən azaddır. Məsələ ilə bağlı Medicina.az-a danışan Səhiyyə Nazirliyinin mətbuat nümayəndəsi Səfayə Əhmədova Azərbaycanda dövlət xəstəxanalarında vətəndaşın doğum etməsinin PULSUZ olduğunu bildirib: "Azərbaycan Respublikası ərazisində dövlət hesablı səhiyyə müəssisələrində istənilən vətəndaş üçün doğuş pulsuzdur. İstər öncədən müraciət edən, istər küçədə qəfildən doğuş edən qadın təsərrüfat hesablı olmayan istənilən dövlət xəstəxanası və ginekoloji müəssisədə doğuş birmənalı olaraq heç bir pul ödənmədən həyata keçirilir”. Geri qayıt |