Əsas Səhifə > Gündəm, Manşet > Samir Şərifovu yeni vəzifə, yoxsa kadr islahatı gözləyir
Samir Şərifovu yeni vəzifə, yoxsa kadr islahatı gözləyir21-10-2017, 09:55 |
2017- ilin ilk vəzifədən uzaqlaşdırılan yüksək çinli məmuru nəqliyyat naziri Ziya Məmmədov oldu. Təbii ki, bu son deyil və ekspertlər hesab edir ki, ölkədə kadr islahatları davam edəcək. Gözləntilər budur ki, bir neçə nazirlik ləğv olunacaq və ya birləşdiriləcək. Çünki ciddi dönüş etmək üçün belə addımların atılması, uzun illər eyni postu qoruyan məmurların qismən kənarda saxlanması indi daha vacibdir. İqtisadi böhran yaşayan dövlətlərin bu vəziyyətdə atdıqları addımlara diqqət etsək görərik ki, ilk qabaqlayıcı addım ölkənin maliyyə sektorunun nəzarətə götürülməsidir. Bunun fonunda indi əsas diqqət Azərbaycan Maliyyə Nazirliyinə, Milli Banka yönəlib. Açıqlanan son iqtisadi rəqəmlər, milli bankın rəhbəri Elman Rüstəmovun manatın güclənməsi ilə bağlı səsləndirdiyi faktlar kifayət qədər maraq doğurur. Baş bankirin manat bağlı “hələlik biz əsaslı qorxu görmürük” deməsi o demək deyil ki, hər şey əladır. Bu o deməkdir ki, hələlik əladır. Sabah nə olacaq onu sığortalamırıq. Təbii ki, manatın güclənməsi, stabilləşməsi üçün ölkə başçısının konkret tapşırıqları istiqamətində addımlar atılır, işlər görülür. Qeyri-neft sektorunun inkişafı üçün dövlər nə lazımdırsa edir. Amma yenə də hələlik bu tam deyil və manat hər an təhlükədədir. Bu istiqamətdə maliyyə nazirliyinin, daha doğrusu, nazir Samir Şərifovun da çabalarını danmaq olmaz. Lakin əvvəlki illərdən fərqli olaraq əlindəki rıçaqları qismən itirən, bir qədər kənarda dayanmağa üstünlük verən Samir Şərifov sanki nəyisə gözləyir. Daha böyük postlara, hətta baş nazir olamağa iddialı görünən nazir Şərifovun indi istəyi nədir? Sabiq bankir Cahangir Hacıyevin məhkəmədə “Samir Şərifov mənim yanımda, barmaqlıqlar arasında oturmalıdır” deməsi, ardınca “qara bazar”ın qaydasız fəaliyyəti, dövlətə və manata açıq savaş acması kimi hallar S.Şərifovu gücdən saldı. Həmçinin qismən gözləmə mövqeyi seçmək məcburiyyəndə qoydu. Odur ki, indi Samir Şərifov susaraq atacağı addımın nə olacağını və ya ona qarşı hansı addımın atılacağını gözləyir. Bizimxeber.az-a daxil olan məlumata görə, növbəti kadr dəyişikliyi Maliyyə Nazirliyində baş verə bilər. Samir Şərifovun yerinə kimin təyin edilməsi barədə heç bir bilgi yoxdur. Təbii ki, bu kimi dəyişikliklər prezidentin iradəsindədir. Amma Şərifovun Dövlət Neft Fonduna icraçı direktor vəzifəsinə təyin ediləcəyi barədə ehtimallar var. İşində kifayət qədər diqqətli olan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun isə daha yüksək vəzifəyə təyinatı gözlənilir. Ehtimal ki, Şahmar Mövsümov Milli Banka baş bankir təyin olunacaq. Geri qayıt |