Əsas Səhifə > Gündəm, Manşet > Göyçay "Avtonəqliyyat" ASC rəhbərliyinə daha bir ittiham

Göyçay "Avtonəqliyyat" ASC rəhbərliyinə daha bir ittiham


9-10-2017, 08:18
Göyçay "Avtonəqliyyat" ASC rəhbərliyinə daha bir ittiham
DİA.AZ: - Göyçay rayon sakinləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazır:

"Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovla əlbir olub dövlətə məxsus Göyçay rayonu Şirvanmes yolu deyilən ərazidə yerləşən 4 hektar torpaq sahəsini qanunsuz olaraq saxtakarlıq yolu ilə hissə-hissə satıb talan edirlər.Bu cinayət əməlidir ki, Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovla əlbir olub həyata keçirir.Həmin 4 hektar torpaq sahəsi sovetlər dönəmində yeni avtobaza inşa edilməsi üçün ayrılmışdır".

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Ancaq həmin torpaq sahəsində yeni avtobaza inşa edilmədi.Buna görə də həmin 4 hektar torpaq sahəsi dövlətin balansında qaldır.Bunun üçündə həmin 4 hektar torpaq sahəsinin Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevə heç bir aidiyyatı yoxdur.Bu torpaq sahəsi Əmılak Komitəsinə aiddir ki, hərrac qaydasında vətəndaşlara satılmalıdır və əldə edilən gəlir dövlətin büdcəsinə köçürülməlidir. Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovla əlbir olub dövlətə məxsus 4 hektar torpaq sahəsini heç bir hərrac keçirmədən qanunsuz olaraq saxtakarlıq yolu ilə satıb talan edirlər. Biz sakinlər bu saxtakarlıq cinayəti barədə Dövlət Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova ərizə ilə müraciət edib təcili araşdırıb qanuna müvafiq tədbirlər görməsini xahiş etmişik. Bu fakt Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin ilk cinayət əməli deyil.Bu adamın cinayət əmələri nəticəsində çoxlusayda göyçay sakinlərinə ziyanlar dəymişdir. Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-də antisanitariya içində saxta sənədlərlə bazar işlədir. Həmin bazarıda saxta sənədlərlə əldə etmişdir.Hazırda da Göyçay rayonu Şirvanmest adlı ərazidə yerləşən həmin 4 hektar torpaq sahəsi saxtakarlıqla ayrı-ayrı şəxslərə tikinti üçün hissə-hissə satılaraq əldə edilən pullar Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevlə Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovun cibinə gedib.

Biz mətbuat vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovdan xahiş edirik ki, Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev ilə əlbir olub dövlət torpağını saxtakarlıqla satıb talan edən Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsinin rəisi İlqar Kərimovun barəsində qanunu tədbirlər görəsiniz.Bu barədə dərhal cinayət işinin başlanılıb cinayət törətmiş bu iki saxtakar vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi üçün qanunu tədbirlər görməyinizi xahiş edirik".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt