Əsas Səhifə > Gündəm, Manşet > Zərdab sakini nədən narazılıq edir?
Zərdab sakini nədən narazılıq edir?20-09-2017, 08:35 |
DİA.AZ: - Zərdab rayonu Dəliquşçu kənd sakini Yeni Azərbaycan Partiyasının üzvü İmmaverdiyev Natiq Yaqub oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır: "Bu şikayətimdə yazıb bildiriəm ki, Zərdab rayonu Dəliquşçu kəndində bizim ailəyə məxsus əkin torpaq sahəsindəki məhsulu bələdiyyə sədri Yusif Əliyev və onun atası Əliyev Valeh Əli oğlu məhv ediblər.Həmin torpaq sahəsi bizim ailəyə məxsu pay torpaq sahəsidir ki, orada becərdiyim məhsulla ailəmi birtəhər dolandırıdım. Ancaq bu il Dəliquşçu bələdiyyəsinin sədri Yusi Əliyev və atası Valeh Əliyev mənim əkinimi su altında qoyub məhsulumu məhv etdilər.Bələdiyə sədri mənim əkin sahəmin yaxınlığında 20 hektar torpaq sahələrini sulayan saman mənim sahəmi suyun altında qoydular.Nəticədə də məhsulum məhv oldu bizim ailəyə küllü miqdarda ziyan dəydi.Qeyd edim ki, Dəliquşçu bələdiyyəsinin sədri Yusif Əliyevin diplomu saxtadır ki, bunu bütün kənd camaatı bilir.Yusif Əliyev Zərdab rayon poçt filialında işləyən zaman Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən çıxarılmışdır. Ağa adlı dayısı Rusiya vətəndaşı olsada saxtakarlıqla onun adına Dəliquşçu kəndində 20 hektar torpaq sahəsi sənədləşdirmişdi. Dəliquşçu bələdiyyəsinin sədri Yusi Əliyev bələdiyyənin əkin sahələrindən əldə edilmiş gəlirini öz atasının malı kimi mənimsəmişdir. Kəndin imkansız ailələrinə yardım etdiyinə dair cədvəl tərtib edib saxta imzalar etmişdir ki, guya bələdiyyə əldə etdiyi gəlirdən imkansız ailələrə yardımlar etmişdir. Dəliquşçu bələdiyyəsinin sədri Yusif Əliyevin fəaliyyəti yoxlanılarsa onun bələdiyyə vəsaitini talan etdiyi subut olunacaq.Mənim əkin sahəmin üzərindəki məhsulun bələdiyyə sədri Yusif Əliyevin və onun atası Valeh Əliyevin tərəfindən məhv edilməsi barədə Zərdab rayon icra başçısna etdiyim şikayətə baxılmadı əksinə təqsirkar bələdiyyə sədrini açıq-aşkar müdafiə etdilər.Çünki bələdiyyə sədri Yusif Əliyev talançılıqla əldə etdiyi vəsaitin böyük hissəsini icra başçısına verir.Buna görə də kasıb haqlının yox, talançı bələdiyyə sədrinin mövqeyini müdafiə edirlər. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm Dəliquşçi bələdiyyəsinin sədri Yusif Əliyevin saxta diplomunu və bələdiyyə əmlakını talan etməsini araşdırıb barəsində ciddi tədbirlər görəsiniz". dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |