Əsas Səhifə > Gündəm, Manşet > Burada müştərilər aşkar şəkildə aşağılanır...
Burada müştərilər aşkar şəkildə aşağılanır...4-09-2017, 09:24 |
Bakıda yerləşən "La Parte" restoranında qalmaqal baş verib. Məsələ ilə bağlı saytımıza bildirilib ki, restoran sahibi müştəriləri təhqir edib. Belə ki, paytaxtın İstiqlal küçəsində yerləşən sözügedən restorana gedən nişanlı cütlük sac yeməyi sifariş verib. Lakin yeməkdən dəhşətli qoxu gəldiyi üçün ofisiantı çağırıb bu barədə ona məlumat veriblər. Restoranın işçisi yeməyi aparıb üzərinə bəzi ədviyyatlar əlavə etdikdən sonra yenidən geri gətirib. Müştərilər isə ofisiantı yenidən çağırıb və bunun həmin yemək olduğunu deyib, öz iradlarını bildiriblər. Ofisiant da bu barədə müdiyyəti məlumatlandırıb. Masaya yaxınlaşan restoranın müdiri problemi həll etmək əvəzinə müştərilərlə ağır danışmağa başlayıb. Onlara hədə qorxu gəlib. Müştərilər restoran sahibinə daimi müştəri olduqlarını, ilk dəfə yeməklə bağlı şikayətləri olduqlarını söyləyiblər. Bildiriblər ki, yeməkdən həqiqətən qoxu gəlir və ət tam bişməyib. Restoran sahibi sözünə yenidən ağır ifadələr işlədərək davam edib: "Xanım qız, bilirəm ki, siz də Buzovnada qalırsınız, mən də. Mən sizin üçün elə-belə adam deyiləm, özüm polis işçisiyəm. Kimsiniz siz, mənim restoranımda bişən yeməklə bağlı irad bildirirsiniz? Sizin başınıza elə oyun açaram, ömür boyu unutmarsınız. İndi isə durun rədd olun restoranımdan". Gənc cütlük restoran sahibinə müştəri ilə bu cür danışığın və davranışın yanlış olduğunu, bununla bağlı aidiyyatı orqanlara şikayət edəcəklərini və ictimailəşdirəcəklərini dedikləri üçün özünü müdir adlandıran şəxs onlara ağır söyüşlər deməyə başlayıb. O daha sonra mətbuat nümayəndələri haqda təhqiredici ifadələr işlədib./PrimeTime.az/ Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq! Geri qayıt |