Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısı binanın girişini milyarderin cangüdəninə satıb

İcra başçısı binanın girişini milyarderin cangüdəninə satıb


28-08-2017, 08:55
İcra başçısı binanın girişini milyarderin cangüdəninə satıb
DİA.AZ: - Redaksiyamıza Göyçay rayonundan şikayət məktubu daxil olub. Narazı vətəndaşlar dia-az.life-a yazır: "Göyçay rayon icra başçısı Mehdi Səlimzadə tam qanunsuz olaraq Göyçay şəhəri H.Əliyev prospekti 67-də yerləşən 5 mərtəbəli binanın girişini əslən Göyçay rayonundan olan xaricdə yaşayan milyarder Fərhad Əhmədovun mühafizəçisi Vüqar Muradova küllü miqdarda pula satıb.Vüqar Muradov orada obyekt tikdirir ki, buna görə binanın həmin hissəsindəki mənzillərin pəncərələrinin işığı-havası tutulub.Mehdi Səlimzadənin tamahına biz özümüzü öldürmə həddindəyik.

Burada tikintinin aparılması tam qanunsuzdur.Həmin yerdə binanın sakinləri xeyir-şər üçün istifadə edirdilər.Kimin yaxını dünyasını dəyişirdisə orada yas və ya xeyir işi olurdusa toy mağarını qurub məclisini yola verirdi.Binada yanğın hadisəsi baş versə qarşısının alınması çətin olacaq.Çünki yanğınsöndürmə maşınının girişini bu qanunsuz tikinti tamam tutub.Bu tikinti sakinlərin həyat və sağlamlıqlarını ciddi təhlükədə qoyub.Çoxlusayda insanın yaşadığı binaya bitişik obyektin tikilməsi ciddi qanunsuzluqdur ki, bunu tamahkar icra başçsı Mehdi Səlimzadə edib.Dövlət Əmlak Komitəsinin məsul vəzifəli şəxsləri həmin yerə tikinti rəyi verməsi özüdə tam cinayət əməlidir. Həmin yeri küllü miqdarda pula milyarderin mühafizəçisinə satıblar.Rayon rəhbərliyini insanların əziyət çəkməsi narahat etmir onu ancaq nə yolla olur-olsun pul qazanmaq maraqlandırır.Buda rayonda artıq kütləvi narazılıqların yaranmasına səbəb olub.Göyçay rayon icra başçısı Mehdi Səlimzadə qanunsuz fəaliyyəti ilə özündən əvvəlki rəhbərlərin ölənlərinə rəhmət oxutdurur.İnanırıq ki, əslən Göyçay rayonundan olan milyader Fərhad Əhmədov belə günah işlər görməz.Həmin yeri alan Vüqar Muradov milyarder Fərhad Əhmıdovun Azərbaycanda cangüdənidir, hazırdada Göyçayda yaşayır.Biz hüquqları tapdanmış sakinlər ölkə başçısı İlham Əliyevdən kömək istəyirik.Cənab prezident Göyçayı zəlil günə qoymuş icra başçsı Mehdi Səlimzadənin barəsində ciddi tədbirlər görməyinizi xahiş edirik.Mehdi Səlimzdə Göyçaya icra başçsı vəzifəsinə təyin olunduğu az müddətdə törətdiyi cinayətlər saysız hesabsızdır.

İmza; Göyçay rayon H.Əliyev küçəsi bina 67 sakinləri

Məmmədov Mahir Əlövsət oğlu
Qasımov Gündüz Nüsrət oğlu
Kərimov Bahadur Tacı oğlu
Quliyeva Fatma Şakir qızı
Ələkbərova İradə Ağasəf qızı
Nəbiyeva Sevil Cavid qızı
Daşdəmirov Fərman Bilal oğlu
Fətəliyev Rasim Kamil oğlu və digərləri"

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

İcra başçısı binanın girişini milyarderin cangüdəninə satıb
İcra başçısı binanın girişini milyarderin cangüdəninə satıb
İcra başçısı binanın girişini milyarderin cangüdəninə satıb
İcra başçısı binanın girişini milyarderin cangüdəninə satıb

Geri qayıt