Əsas Səhifə > Gündəm, Manşet > Zaqatalada tariximizə ögey münasibət...
Zaqatalada tariximizə ögey münasibət...16-08-2017, 08:51 |
Məmməd Əmin Rəsulzadənin Zaqataladakı abidəsi baxımsız qalıb. Yenicag.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin banisinin abidəsinin üzərindəki yazılar uzun müddət əvvəl tökülsə də, heç bir yeniləmə aparılmır. Mərhum Azərbaycan prezidenti Heydər Əliyev və onun davamçısı, ölkə başçısı İlham Əliyev Rəsulzadənin xatirəsini daima əziz tutsalar da, nədənsə məmurlar dahi şəxsiyyətə qarşı biganə yanaşırlar. Hətta bir müddət öncə 2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən millət vəkili seçilən Naqif Həmzəyev də Rəsulzadəyə qarşı təhqiramiz fikirləri ilə gündəmə gəlmiş, əvəzində ictimaiyyət tərəfindən layiqli cavabını almışdı. Maraq üçün bildirək ki, prezident İlham Əliyev şəxsən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam da imzalayıb. Görünür, Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi ölkə başçısının sərəncamından xəbərsizdir. Geri qayıt |