Əsas Səhifə > Gündəm, Manşet > Heydər Əsədov taxılsəpən aqreqatın alışında 5 250 000 manat mənimsəyib

Heydər Əsədov taxılsəpən aqreqatın alışında 5 250 000 manat mənimsəyib


9-08-2017, 08:48
Heydər Əsədov taxılsəpən aqreqatın alışında 5 250 000 manat mənimsəyib
DİA.AZ: - Redaksiyamıza Kənd Təsərrüfatı naziri Heydər Əsədova qarşı ağır ittihamın yer aldığı bir məlumat göndərilib. DİA.AZ bildirir ki, xəbəri verən qaynaq KTN şefinin bir alqı-satqıda milyonları necə rahatlıqla mənimsədiyini bildirir.

dia-az.life-a daxil olan həmin məlumatı olduğu kimi təqdim edirik:

Heydər Əsədov taxılsəpən aqreqatın alışında 5 250 000 manat mənimsəyib

"2016-cı ildə taxilsəpən aqreqatı qonşu fermer Aqrolizinqdən 6100 manata alıb, bu il isə həmin aqreqatı Aqrolizinq 9600 manata satır.

Əlavə-də keçən ilki alış üçün Aqrolizinqin sənədini və bu il Aqrolizinqin rəsmi veb səhifəsindən göstərdikləri qiyməti görə bilərsiz. Diqqət yetirin, hər ikisi eyni modeldir (HBM-N24). Fərq yalnız illərdədir, keçən il alınan 2016-ci ilin istehsalıdır bu ilki 2017. Aqrolizinqin işçilərinə sual etdikdə niyə eyni avadanlıqda 50%-dən çox fərq var, deyirlər ki, köhnə dövrlərdən bütün avadanlıqlar açıq tendernən alınırdı, ona görə ucuz olurdu, bu il isə cənab nazir göstəriş verib ki, nazirin qardaşının şirkətlərilə birbaşa müqavilə bağlansın, nazirin qardaşının şirkətləridə belə qiymətlərlə satir".

Heydər Əsədov taxılsəpən aqreqatın alışında 5 250 000 manat mənimsəyib

Daha sonra dia-az.life-a yazan mənbə bildirir: "Nəzərə alsaq ki, tək bu il 1500 ədəd taxıl səpən avadanlıq alınıb, və hər birinin qiymətində 3500 manat fərq var, belə çıxır ki hörmətli nazir ancaq bir növ avadanlıqda 5 250 000 manat mənimsəyib. Belə olan halda, kənd təsərrüfatı necə inkişaf edə bilər. Nazirin qardaşının şirkətləri Aqrolizinqlə bu il ümümilikdə 50 milyon manatda artıq müqavilə bağlayiblar, əgər digər avadanlıqlardada nazirin iştahı bu dərəcədə olubsa, vay ölkənin kənd təsərrüfatının halına".

http://agrolizing.gov.az/upload/newsayt/asilan-qosulan.pdf (səhifə 14)

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt