Əsas Səhifə > Gündəm, Manşet > Bu kənd 5 gündür işıqsız qalıb
Bu kənd 5 gündür işıqsız qalıb1-08-2017, 09:15 |
Qusar rayonunun Urva kəndində beş gündür ki, borclu abonentlərin işığı kəsilib. Cebhe.info-ya ünvanlanan şikayətdə qeyd olunur ki, heç bir xəbərdarlıq olmadan işıq xətləri kəsilib. Sakinlərin sözlərinə görə, bu borclar hələ “Barmek”in vaxtında yazılıb: “Hava istidir. Sakinlər soyuducu, kondisioner istifadə edə bilmirlər. İşıq kəsən işçilərlə əlaqə saxlayırıq, telefonu üzümüzə bağlayırlar”. Məsələ ilə əlaqədar olaraq Qusar rayon İşıq İdarəsi ilə əlaqə saxladıq. İşıq İdarəsindən bu məlumatların əsassız olduğu bildirilib: “Heç kimə xəbərdarlıq edilmədən işıq xətləri kəsilmir. Köhnə borcların bizə aiddiyatı yoxdur”. Daha sonra idarədən bildirilib ki, xətti kəsilənlər sırasında köhnədən borcu olanlar yoxdur. Sakinlər İşıq İdarəsinin borclulara anlayış göstərməməkdə, isti havanı nəzərə almamaqda günahlandırıb. Lakin idarədən bildirilib ki, sakinlərə kifayət qədər anlayış göstəriblər: “Kifayət qədər güzəşt etdik. Hətta imkan veririk ki, borclarını hissə-hissə ödəsinlər. Camaatı başa düşürük ki, imkansızdır”. Geri qayıt |