Əsas Səhifə > Gündəm > 50 dollar ödəməsən, şəxsi məlumatların şəbəkəyə çıxarıla bilər
50 dollar ödəməsən, şəxsi məlumatların şəbəkəyə çıxarıla bilər13-07-2017, 17:00 |
“Google Play” onlayn mağazasında “Android” mobil əməliyyat sistemi üçün “LeakerLocker” dələduz virusu olan iki əlavə aşkar edilib. İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, bu barədə ABŞ-ın antivirus proqram təminatının tərtibatı ilə məşğul olan “McAfee” şirkəti xəbər verir. Şirkətin mütəxəssislərin sözlərinə görə, yeni virus smartfonun yaddaşında saxlanılan məlumatların, yazışma və brauzerin tarixçəsinin, həmçinin əlaqə və elektron poçtu siyahısının nüsxəsini çıxarır. Ehtiyat nüsxənin silinməsinin müqabilində virus istifadəçidən 50 dollar həcmində ödəniş tələb edir. Əks halda isə cinayətkarlar smartfon istifadəçisi sahibinin bütün şəxsi məlumatlarının şəbəkədə dərc ediləcəyi ilə təhdid edir. Qeyd edilir ki, “Google” şirkəti bu dələduz virus barəsində məlumatlandırılıb və yaxın zamanda o, “Google Play” mağazasından silinəcək. Geri qayıt |