Əsas Səhifə > Gündəm, Manşet > "Hər ay 2 manatını tələb edir..."
"Hər ay 2 manatını tələb edir..."1-07-2017, 10:23 |
DİA.A: - "Mənzillərimiz qəzalı vəziyyətdədir. Divarlarda dərin çatlar, döşəmələr adamın ayağının altından qaçır, tavan dağılıb. Bununla belə, icra hakimiyyəti hər ay hər evdən adambaşına 2 manatdan yığır". DİA.AZ bildirir ki, bunu Sabunçu rayonu, Yusif Qasımov küçəsindəki 39 saylı binada yaşayan İmran Rzayev deyir. Bu bina ikimərtəbəlidir və 8 ailə yaşayır. Sakinlərin sözlərinə görə, 150 yaşı olan qəzalı binada yaşamaq hər an həyatları üçün təhlükəlidir. Hətta bunu binaya dəfələrlə baxış keçirən aidiyyəti üzrə rəsmi qurumların nümayəndələri də sakinlərə açıq şəkildə bildiriblər. İmran Rzayev: "Özləri də xəbərdarlıq ediblər ki, binadan nə vaxtsa köçürülmə olacaq, ancaq həmin gün nə vaxt yetişəcək, onu dəqiq deyən yoxdur. İş orasındadır ki, bu evlərdə onsuz da canımızı dişimizə tutub yaşayırıq, hər gün daş-kəsək altında qalacağı anı həyəcanla gözləyən sakinlərdən üstəlik də evpulu yığılır". Binadakı kommunal xətlər də çoxdan sıradan çıxıb. İşıq kabelləri çürük-çürükdür. Əsasən qışda istilik cihazlarından istifadə zamanı qısaqapanmalar olur və sakinlər yanğın təhlükəsiylə üz-üzə qalırlar. Bu ünvanda yaşayanlardan ev pulunu 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi yığır. dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |