Əsas Səhifə > Gündəm, Manşet > Haqqı tapdanan Qarabağ əlili kömək istəyir
Haqqı tapdanan Qarabağ əlili kömək istəyir6-06-2017, 08:35 |
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI. HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA. SÜRƏTİ : Azərbaycan Respublikası Daxili İşlər Naziri. Cənab Ramil Usubova. Azərbaycan Respublikası Baş Prokuroru. Cənab Zakir Qaralova. Azərbaycan Respublikası Hüquq Şurasının Sədrti. Cənab Fikrət Məmmədova. Bərdə rayonunda qeydiyyatda olan, Bakı şəhər, Nəsimi rayonu Keşlə qəsəbəsi, Kəndçi küçəsi, dalan 2 ünvanında kirayədə yaşayan Qarabağ müharibə əlili, çavuş Rəhimov Bəxtiyar Binnət oğlu tərəfindən. Ə r i z ə Hörmətli I Vitse-Prezident ! Bildirmək istəyirəm ki, 03 dekabr 1993-cü ildən 31 dekabr 1994-cü ilədək 708 saylı hərbi hissədə xidmət etmişəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə olmuşam.2-ci qrup Qarabağ müharibəsi əlilliyəm. 2014-cü ilin may ayından müraciətimə baxılmır, qeyd etmək istəyirəm ki, bir neçə il bundan əvvəl Qobu qəsəbəsində bir qrup dələduzlar tərəfindən aldadılaraq, maddi və mənəvi təcavüzə düçar olunmuşam, hal-hazırda şikayətimə aidiyatı orqanlar tərəfindən düzgün baxılmır, belə ki, Qobu qəsəbəsinin Bələdiyyə sədri, üzvləri, Qabil və Əli adlı şəxsləri mən xəstə Qarabağ əlilini aldadıb, 6000 manat pulumu və 8000 manat dəyərində mersedes markalı maşınımı alaraq mənə 8 sot və 10 sot cəmi 18 sot torpaq satıblar və mənə saxta sənədlər Natariusdan alıb veriblər, sonradan mən həmin torpaq sahələrinə baxmaq məqsədi ilə getdikdə həmin yerlər digər adamların yerləri olduğunu gördüm, mənə dələduzluq edənlərə müraciət etdib və aldadıldığımı bildikdən sonra Ali Baş Komandana, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müraciət etdim və nəhayət Nəsimi rayon Polis İdarəsində atraşdırma başladı, məni kimi onlarla adamın bu dələduzlar tərəfindən aldadıldığının şahidi oldum. Dələduzların başında Bələdiyyə rəisi olmaqla nəhayət uzun müddət keçdikdən sonra düzgün aparılmayan təhqiqat işi nəticəsi Nəsimi rayon Məhkəməsinə göndərildi, hal-hazırda Nəsimi rayon Məhkəməsində məhkəmə işi davam etdirilir. Lakin dəfələrlə mənim vəsatətimə Nəsimi rayon Məhkəməsi düzgün baxmamışdır, belə ki, bu cinayət işi Bakı şəhər Ağır Cinayətlərə Dair Məhkəmə tərəfindən baxılmalıdır, ancaq səthi təhqiqat aparan Nəsimi polis idarəsinin müstəntiqi Maral Əliyeva cinayət işini yüngüləşdirərək rayon məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, mən Qarabağ əlillinə qarşı bu bir ədalətsizlik və haqsızlıqdır. İlk öncə qeyd etmək istəyirəm ki, düzgün təhqiqat aparılmadığı üçün cinayət işi yenidən təhqiqata göndərilməlidir, yenidən araşdırılmalıdır, belə ki, mənə dəyən zərərin məbləğin təhqiqat aparılan zaman 6000 manat yazılıb, lakin məhkəmə zamanı mən və hakim bu dələduzlara sual verərkən həqiqətən onlar məndən 6000 manat pulumu və 8000 manat dəyərində mersedes markalı maşınımı almalarını bildirmişdirlər. Beləliklə mənə cəmi 14000 manat maddi zərər dəymişdir və əlavə mən xəstə əlil insana mənəvi zərər vurulmuşdur ki, bu hadisədən sonra ürək nahiyəmdən açıq cərahiyyə olunmuşam, şəkər xəstəliyim yüksək həddə çatmışdır. Hal-hazırda mən əvvəlki təhqiqat aparılmasından və məhkəmə işindən çox narazıyam, belə ki, hesab edirəm ki, işlər yenidən təhqiqat orqanlarına göndərilməli, mənim iddia tələbim, şikayətim və vəsatətlərim nəzərə alınmalı və sonradan bu məhkəmə işi rayon məhkəməsində deyil, Bakı şəhər Ağır Cinayətlərə dair məhkəməyə göndərilməlidir. Hal-hazırda bildirmək istəyirəm ki, 6 may 2017-ci il tarixdə cinayət işinə cəlb edilmiş bir qrup dələduzları məhkəmə zaminə buraxaraq azad etmişdir ki, giya mənə dəyən zərəri ödəsinlər, lakin bu vaxtdan bir aydan çox keçməsinə baxmayaraq, dələduzlar məhkəmə vaxtı verdikləri sözə əməl etmirlər, hətda mənim telefonuma belə cavab vermirlər. Hörmətli I Vitse-Prezident! Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi tam şəkildə nəzərə alasınız, mənə dəymiş maddi ziyan 14000 manatın qaytarılmasına və mənəvi zərəri aşkar edilərək ödənilməsinə köməkdarlıq edəsiniz və məhkəmə işlərinin yenidən istintaqa göndərilməsinə və yenidən düzgün iddia tələbim, şikayətim və vəsatətlərim nəzərə alınmaqla araşdırılmasına göstəriş verəsiniz. Qeyd etmək istəyirəm ki, tək bir ümüd yerim Sizsiniz. Əlaqə telefonu: 070-643-48-42. 05.06.2017-ci il. İmza: Rəhimov Bəxtiyar Binnət oğlu. dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |