Əsas Səhifə > Gündəm, Manşet > "Xahiş edirəm mənimlə halallaşasınız..."
"Xahiş edirəm mənimlə halallaşasınız..."22-05-2017, 08:56 |
Ultel şirkətinin Baş Direktoru Əsgərov Əliqiyam Əlisafa oğluna açıq məktub Hörmətli Əliqiyam müəllim! Yazıb Sizə bildirmək istəyirəm ki, Sizin şirkətiniz tərəfindən özəlləşdirilən, Aşıq Molla Cümə 25 ünvanında yerləşən yarızirzəmi 2003-cü ildən mənim istifadəmdə olub. Həmin obyekti bizə saxta sənədlə satıldığı üçün sonradan mən həmin obyekti sata bilmədim. Sonra isə mən obyektin özəlləşməsi üçün bütün sənədləri hazırladım. MKİ-idarəsindən tutmuş həmin obyektin ustundə yaşayan şəxsdən icazə aldım. Lakin mənim yaxın bir adamımda yaranmış xəstəlik məni maddi zərərə saldı və həmin obyekti özəlləşdirə bilmədim. Dəqiq desək mənim oğlum Əzimov Xəyal Elşad oğlu Ağcabədi rayonunun 161 saylı hərbi hissəsində xidmət etmişdir. Ötən ilin aprel döyüşlərində iştirak etmiş və qarın nahiyəsindən yaralanmışdır. Bu ilin fevral ayında Ağdamda gedən döyüşlərdə kəllə beyin travmasıyla yenidən hospitala düşmüşdü. 1 ay bundan öncə Bakı şəhərində papanin adlanan hospitala döyüş bölgəsindən gətirilək yerləşdirilib. Hal hazırda Gəncə hərbi haspitalda müalicə olunur. 1 ildir ki mən yaralı əsgər oğlumun arxasınca Qazaxdan Bakıya, Gəncə yollarında qalmışam. İşdən də qazandığım pulları bu yollarda xərcləyirəm.Mənə dəfələrlə əmlak komitəsindən zəng olunsada mən lazım olan məbləği düzəldə bilmədim. Hal hazırdada mənim ailə problemlərim var. Səhhətində ciddi xəstəlik olan şəxs var. Sonradan mənə məlum oldu ki, həmin obyekt Ultel şirkəti tərəfindən özəlləşdirilib. Hörmətli Əliqiyam müəllim! Həmin obyektin üzərində mənim haqqım var. Mən oranın alınmasında, sonradan təmir olunmasında və özəlləşdirmə üçün xərc çəkmişəm. Buna görədə Sizdən xahiş edirəm mənim vəziyyətimi nəzərə alıb mənimlə halallaşasınız. Mənim həmin obyektdə çəkdiyim xərcin heç olmasa bir qismini mənə ödəyəsiniz. Buna hal hazırda çox ehtiyacım var. Xahiş edirəm mənim bu məktubumu səmimi qəbul edəsiniz. Mən çox istərdim ki, bu mübahisəli məsələni öz aramızda sülh yolu ilə həll edək başqa vasitələrə ehtiyac yaranmasın. Hörmətlə Əzimov Elşad Yusif oğlu. Əlaqə tel 055 7645989 dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |