Əsas Səhifə > Gündəm, Manşet > Ucar sakinlərini narazı salan nədir?
Ucar sakinlərini narazı salan nədir?4-05-2017, 08:13 |
DİA.AZ: - Redaksiyamıza Ucar rayon sakinləri tərəfindən şikayət məktubu ünvanlanıb. DİA.AZ həmin məktubu olduğu kimi təqdim edir: "Ucar rayon Su Kanal idarəsinin müdiri Asif Şirinovun yaratdığı özbaşınalığın nəticəsində rayon sakinlərinə çirkablı, mundar içməli su verilir.Ucar rayon Su Kanal İdarəsində nəzarətsizlik nəticəsində sakinlərin krantlarından içməli su ilə xırda balıqlar, qurbağalar, qurdlar və zir-zibil gəlir ki, buda əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoyub.Ucar rayonunda Su Kanal İdarəsinin fəaliyyətini iflic edən Asif Şirinov qohumu (yeznəsi) Hacıqabul Rayon İcra Hakimiyətinin başçısı Əhməd Muxtarova arxayın olub korrupsiya əməlləri ilə məşğul olur.Bu korrupsiyaya qurşanmış Asif Şirinov dövlətin ayırdığı vəsaiti atasının malı kimi talan edib özünə var-dövlət əldə etmişdir.Bakı şəhərində bir neçə mənzillərə, bahalı avtomobillərə, mal-qoyun fermalarına, hektarlarla torpaq sahələrinə, ticarə obyektlərinə sahib olan Asif Şirinovun yarıtmaz fəaliyyətindən Ucar sakinləri çox əziyyət çəkirlər". Daha sonra sakinlər dia-az.life-a yazır: "Rayonun kanalizasiya sisteminin yenidən qurulmasına baxmayaraq işləmir nəticədə üfunət iyi, antisanitariya mənbəyinə çevrilmişdir.Çıxılmaz bir vəziyyətdə qalmışıq.Hacqabul rayonunu 10 ildir zəlil etmiş icra başçıs Əhməd Muxtarovun qohumu Asif Şirinov isə Ucar sakinlərini zülmə salıb.Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirik dövlətin ayırdığı vəsaiti talan edib sakinlərə çirkab, mundar zibilli su içirdən, rayonda təhlükəli xəstəlikləri yayan Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun barəsində ciddi tədbirlər görəsiniz. İbrahimov Vahid Məmməd oğlu Abdullayev Vasif Əkbər oğlu Məmmədov Vəli Qiyas oğlu Kərimov Paşa Qulu oğlu" dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |