Əsas Səhifə > Gündəm > 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib
18 yaşlı oğlan dərman içərək intihara cəhd edib29-04-2017, 09:42 |
Ağdaş rayonunda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib. "Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Ortaləki kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Firdovsi oğlu Vaqifzadə ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib. Xəstəxanadan "Report"a bildirilib ki, hazırda O.Vaqifzadənin vəziyyəti qənaətbəxşdir. Müayinələr zamanı onun dərman preparatları qəbul edərək özünü öldürməyə cəhd etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |