Əsas Səhifə > Gündəm, Manşet > Yarıtmaz icra başçılarına oliqarx “çətiri”
Yarıtmaz icra başçılarına oliqarx “çətiri”21-04-2017, 09:33 |
Bu gün əhalinin böyük əksəriyyəti İcra hakimiyyətlərinin işindən narazıdır və şikayətlərin əksəriyyəti də onlardandır. Hesablama Palatası 2016-cı il üzrə illik hesabatsyda korrupsiya, yeyinti, dövlət vəsaitini mənimsəmə faktları aşkarlanan İcra hakimiyyətlərinin siyahısını təqdim etdi. Bunlar müvafiq olaraq Qaradağ, Sabunçu, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Biləsuvar, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətləridir. Ancaq hesabatlardan da məlum olan faktlara görə hələ ki, heç bir icra başçısı gəzalandırılmayıb. Digər tərəftdən Prezident Administrasiyasına daxil olan şikayətlərin də əksəriyyətini məhz icra başçılarının fəalliyyəti ilə bağlı məktublar təşkil edir. 2016-cı il üçün açıqlanan rəqəmlərə görə, Mingəçevir, Ağdam, Ağsu, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Qəbələ, Masallı, Neftçala, Samux, Şəmkir, Tovuz, Yardımlı, Zərdab icra hakimiyyətlərindən gələn şikayətlər, digər şəhər və rayonların icra hakimiyyətlərindən daxil olan müraciətlərə nisbətən daha az olub. Ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə çox olub. Təbii ki, bu şikayətlər arasında məzmunsuz, faktlara söykənməyən müraciətlər də az deyil. Ancaq Hesablama Palatasının təqdim etdiyi faktlar və vətəndaşlardan ünvanlanan şikayətlər bəs edir ki, icra başçılarının korrupsiya faktlarını, vəzifəsindən süi-istifadə hallarını açıq şəkildə görmək mümkün olsun. Sual yaradan məqam isə odur ki, bu icra başçıları niyə hələ də öz vəzifələrini icra edirlər? Əslində bu məsələ bir sıra amillərdən asılıdır. Bunlardan birincisi onların iri məmurların, oliqarxların kurasiyasında işləməsidir. Məhz həmin oliqarxlar korrupsioner icra başçılarını qoruyurlar. Məlumdur ki, regionlar bir sıra məmurların kurasiyasına verilib. Bu da həmin rayonlara başçılıq edən şəxslərin kimlər tərəfindən himayə olunduğunu göstərən amildir. İcra başçıları da onlara himayədarlıq edən məmurların marağına xidmət etdiyi üçün bir növ toxunulmaz olurlar. Buna görə də belə demək mümkündürsə, icra başçıları regionlardan öz mülkləri kimi istifadə edirlər. Bu da vətəndaşların, sahibkarların dövlət qurumlarından narazı salan səbəb olur. Ötən il bir sıra rayonların dövlət dotasiyasından azad edilməsi isə oliqarx məmurların həmin regionlarda nüfuzuni daha da artırdı. Belə demək mümkündürsə, artıq icra başçıları birbaşa olaraq oliqarx nazirlərdən asılı vəziyyətə düşdü. Ancaq həmin rayonların dövlət dotasiyasından azad edilməsi doğru addım idi. Onsuz da dövlət büdcəsindən rayonların inkişafı üçün ayrılan pullar icra başçıları tərəfindən mənimsənilirdi. Yəni, ayrılan vəsait aidiyyatı üzrə deyil, şəxsi maraqlar üçün istifadə edilirdi. Hesablama Palatasının aşkarladığı yeyinti faktları da bunu sübut edir. Bu baxımdan həmin vəsaitlərin dövlət büdcəsində qalması daha məqsədəuyğundur. Hesablama Palatasının aşkarladığı faktlar 14 icra hakimiyyəti ilə məhdudlaşmır. Bu gün bir çox icra hakimiyyətlərində eyni hal müşahidə olunur. Ekspertlər hesab edir ki, bu siyahıda adları olan icra başçıları yaxın günlərdə vəzifədən uzaqlaşdırılacaq. Əks halda bu cür informasiyaların ictimaiyyətə çıxmasına heç cür imkan verməzlər. Bütün bunlardan belə görünür ki, adı “qara siyahı”ya düşən icra başçıları yaxın günlərdə “vurulacaq”. Cebhe.info Geri qayıt |