Əsas Səhifə > Gündəm, Manşet > Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir?

Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir?


17-04-2017, 09:11
Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir?
Şamaxı şəhərinin ərazisində vaxtilə 20-ə yaxın avtobus dayanacağı olub. Burada "vaxtilə" sözünü təsadüfən işlətmirik. Çünki hazırda həmin dayanacaqların yerindəki qalıqları "dayanacaq" adlandırmağa dilimiz gəlmir.

Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir?
Sındırılmış avtobus dayanacağı

Şəhərdaxili ictimai nəqliyyatdan istifadə edən sərnişinlər dayanacaq üzünə həsrət qalıblar. Çünki Şamaxının mərkəzi küçələrindəki dayanacaqların vəziyyəti heç də ürəkaçan deyil. Soyuq, yağıntılı havalarda avtobus, taksi gözləyən sakinlər daldalanmağa yer tapa bilmirlər. Dörd tərəfi dağılmış yarımdayanacaqlar onları yağışdan, küləkdən qorumaq iqtidarında deyil. Oturacaqların vəziyyətindən isə danışmaq ümumiyyətlə yersizdir. Çünki "Nuh əyyamı"ndan qalma təsiri bağışlayan Şamaxı dayanacaqlarında, faktiki olacaq oturacaqlar yoxdur.

Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir?
Şamaxıdakı avtobus dayanacağının vəziyyəti

Digər bir problem alayarımçıq dayanacaqların zibilliyə çevrilməsi ilə bağlıdır. Burada isti vaxtlarda ağcaqanad əlindən tərpənmək mümkün deyil. Dayanacaqların mövcud vəziyyəti ilə bağlı müraciət etdiyimiz Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı şəhər üzrə icra nümayəndəliliyindən problemin səbəbini sakinlərdə axtarmağımızı məsləhət gördülər. Belə ki, icra nümayəndəliyi şəhər sakinlərinin davranışlarından şikayətçidir. "Şəhər ərazisindəki dayanacaqlar hər 6 aydan bir təmir olunur. Bizdə olan məlumatlara görə, axşamlar dayanacaqlara qənim kəsilən xüsusi insanlar var" — deyə icra nümayəndəliyindən bildirdilər.

sputnik.az
Geri qayıt