Əsas Səhifə > Gündəm, Manşet > Ucarlı məmura qarşı ilginc iddia
Ucarlı məmura qarşı ilginc iddia12-04-2017, 08:25 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə surəti Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnoloğiyalar naziri cənab Ramil Quluzadəyə Ucar rayon Firdovsi küçəsi ev 17 sakini Quliyev Natiq Həsən oğlu tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ Bu şikayət ərizəmdə yazıb sizə bildirirəm ki, "Azərpoçt" MMC-nin Ucar filialının rəisi Natiq Məmmədov qanunsuz əməlləri ilə vətəndaşlar arasında ciddi narazılıqlar yaradır.Ucar rayon sakinlərinin Bakıya müxtəlif orqanlara göndərdiyi şikayət məktubları Natiq Məmmədov tərəfindən açılaraq oxunur və məzmunu dəyişdirilib təşəkkür məktubu edilir.Diqqət yetirin rayon sakini üzləşdiyi qanunsuzluğa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şikayət məktubu göndərir.Poçtun rəisi Natiq Məmmədov həmin məktubu açıb oxuyub məzmununu dəyişdirib təşəkkür yazıb oxşar imza edib həmin məktubu prezidentə göndərir.Bununlada həmin vətəndaş narazı qaldığı vəzifəli şəxsdən şikayət yox ondan prezidentə minnətdarlıq etmiş olur ki, çox sağ olun ki, Ucar rayonunda belə bir vəzifəli şəxs var.Belə saxtakarlıq Azərbaycanın heç bir poçtunda yoxdur ancaq dələduzluqda ad çıxarmış Ucar poçtunun rəisi Natiq Məmmədov edir.Ucar poçtundan məktub göndərmək üçün şəxsiyyət vəsiqəsi tələb olunur və alınıb 1 gün orada saxlanılır.Ucar rayon sakinləri bütün bu qanunsuzluqlara görə qonşu rayonlara gedib oradan poşt xidmətindən istifadə etmək məcburiyyətində qalırlar.Buna görə rayon sakinləri əziyyət çəkirlər.Natiq Məmmədovun həyat yoluna baxanda onun süpürgəçi vəzifəsinə belə yaramadığı aydın olur.O, ilk olaraq evlər idarəsində müdir, sonra Ucar qaz idarəsində müdir, bundan sonra Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzində, ən axırıncı isə Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müdir müavini vəzifəsində işləmişdir.Adlarını qeyd etdiyimiz bütün vəzifələrdən yol verdiyi ciddi nöqsanlara görə qovulmuşdur.Onun əmək kitabçasının ləkəli olmasına baxmayaraq yenidən ixtisasına uyğun olmayan sahəyə "Azərpoçt" MMC-nin Ucar filialının rəisi vəzifəsinə təyin etdilər.Bu saxtakarın himayədarı qohumu keçmiş deputat Elton Məmmədovdur.Ona verdiyi rüşvətin hesabında ləkəli əmək fəaliyyəti ilə yenədə rəhbər vəzifə tuta bilmişdir.Belə yaramazlığın ağır nəticəsini isə biz rayon sakinləri çəkirik.Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Rabitə və Yüksək Texnoloğiyalar naziri cənab Ramin Quluzadəyə müraciət edib xahiş edirəm "Azərpoçt" MMC-nin Ucar filialının rəisi Natiq Məmmədovun barəsundə ciddi tədbirlər görüb onu yaramadığı vəzifədən kənarlaşdırasınız. İmza Quliyev Natiq Həsən oğlu dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |