Əsas Səhifə > Gündəm, Manşet > Nazirlə ASC rəhbərinin pambıq korrupsiyası

Nazirlə ASC rəhbərinin pambıq korrupsiyası


5-04-2017, 08:58
Nazirlə ASC rəhbərinin pambıq korrupsiyası
Prezidentin Saatlıda keçirdiyi pambıq müşavirəsi olduqca əhəmiyyətli idi. Dövlət başçısı mühüm mesajlar verdi, bu yöndə görülən işlərdən, nəticələrdən danışdı, çatışmazlıqları qeyd etdi və məmurlara tapşırıqlar verdi.
“Gündəm-Xəbər”in verdiyi məlumata görə, ümumiyyətlə, illərlə bu sahənin məhv olunmasında məmurların böyük xidməti olub. Bu gün də həmin məmurlar arasında pambıqçılığın inkişafına əngəl törədənlər var. Kənd təsərüfatı naziri Heydər Əsədovun rayon icra hakimiyyətləri ilə birgə korrupsiya şəbəkəsi quraraq aqrar sektoru məhv edir. KTN şefi aqrar sektoru məhv etməklə və fermerlərə divan tutmaqla büdcədən kənd təsərrüfatına ayrılmış milyonları yağmalayır. Bu mənimsəmələrdə nazir təkbaşına deyil və korrupsiya əməliyyatlarına icra hakimləri də şərik olublar. Araşdırmalar zamanı aydın olub ki, istər pambıq yığımı, istərsə sahələrin artezianla təmin olunması, istərsə texnika təminatında ciddi yeyintilərə yol verilib. Bu da fermerlərə və kəndlilərə baha başa gəlir. Nəticədə onlar məmurlar tərəfindən soyulur. Nazirlik guya kombayn çatışmazlığı təəssürat yaradıb. Halbuki, ölkədə kifayət qədər kombayn var. Sadəcə, bu texnika fermerlərə rüşvət müqabilində verilir. Ona görə də pulu olan kombayanı əldə edə bilər. Bu işləri əslində, KTN-nin yerlərdəki idarələri həyata keçirməlidir. Lakin məlum olub ki, H.Əsədovun yerlərdəki idarələri müqəvvadır və formal xarakter daşıyır. KTN rəhbəri həmin korrupsiya fəaliyyətini yerlərdəki icra başçıları ilə reallaşdırır. İcra başçılarının göstərişi altında fermerlər kombayn əldə edə bilir. Əldə etdiyimiz bilgilərə görə, digər qanunsuzluq su artezianları ilə bağlıdır. Qanunla 12 hektar əraziyə bir artezian vurulur. Bu bölgü işi də icra başçıları tərəfindən aparılır. KTN-nin yerlərdəki idarələri artezianları pulsuz verməlidir. Bu barədə ölkə rəhbərliyinin tapşırıqları var. Ancaq icra hakimləri bir artezianı 20-25 min manata vurur. Hər fermerdən 25 min manat alınanda il ərzində milyonlar dövr edir. Nazirlə icra başçları isə bu pulları xımırxımır yeyir, sakitcə bölüşdürürlər. Habelə, bu məsələdə “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin də böyük qazancı var. Belə ki, polis bəndlər qurur, çayların axını yalnız oliqarx-məmurlara məxsus sahələr gedib çatır. Fermerlər və kəndlilər isə məmur özbaşınalığı nəticəsində ağır durumla üzləşir.

Saatlı korrupsiyası - Detallar

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadənin də pambıqçılıq və əkin sahələrinin suvarılması işində korrupsiya piramidasında yer aldığı deyilir. Suvarma biznesində odioz məmura çevrilmiş Əhmədzadə kimsəni saymır. Nə şikayətlərə, nə barəsində ittihamlara münasibət bildirir, nə qurumun mətbuat xidməti mətbuatın suallarını cavablandırır. Bu həm də prezidentə hörmətsizlikdir.
Məsələn, elə pambıq müşavirəsi keçirilən Saatlıda Əhmədzadənin korrupsiya əməlləri haqda medida iddialar var. Mətbuat üzərindən apardığımız araşdırma zamanə məlum olub ki, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Tahir Rzayev həm Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, həm də Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovla əlbir olub. Belə ki, Tahir Rzayev dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayırdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir. Məlumata görə, dövlətin rayonun Suvarma Sistemləri İdarəsinə ayırdığı pulları bir neçə təsərrüfat hesablı kiçik müəssisənin hesabına köçürür. Əslində həmin kiçik müəssisələrin bank hesablarından və möhür ştamplarından savayı heç bir şeyi yoxdur. Amma sənədləşdirmə zamanı göstərilir ki, məhz bu kiçik müəssisələr rayonun suvarma sistemlərini yeniləyir, təmir və bərpa edirlər. Ortada isə heç bir yenilənmədən və təmir, bərpa işlərindən söhbət gedə bilməz. Məlumatda bildirilir ki, Tahir Rzayev sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 45 000 - 60 000 manat göstərilir. Bu pulla isə normalda bir neçə yeni su nasosu almaq mümkündür. Onu da eyək ki, Azərbaycanın iqlimi imkan verir ki, kənd təsərrüfatı sahəsindən kifayət qədər büdcəmizə xarici valyuta gətirə bilərik. Artıq bu istiqamətdə böyük layihələrə start verilib, o cümlədən, pambıqçılığın inkişafına çox diqqət yetirilir, baramaçılıq, üzümçülük sahələri artırılır. Ancaq bu işlərdə də bir çox problemlərin şahidi oluruq. Bir çox rayonlardan gələn şikayətlərə görə rayon icra başçıları büdcə təşkilatlarında çalışanları zorla pambıq yığımına cəlb edirlər və yığdıqları pambığın pulunu vermirlər. Bildirirlər ki, dövlətdən maaş alırlar. Mediada yayılan xəbərlərə görə, Heydər Əsədov rayonlara göstəriş verib və müəyyən sabotajla məşğuldur. Elə pambıq yığımına pulların verilməsinin kökü də buradan qaynaqlanır. Bir müddət əvvəl Müasir Müsavat Partiyasının sədr Hafiz Hacıyev demişdi ki, Heydər Əsədov ermənilərlə həm pambıq, həm maldarlıq sahələri üzrə müqavilə bağlayıbmış. Bu müqavilə ilə alınan dərmanların hamısı da saxta çıxıb. Sahibkarlar həmin dərmanlardan birin götürüb analizə göndərsələr görəcəklər ki, o dərmanlar, ancaq heyvanları tələf etməkdən ötrüdür. Bir müddət qabaq Sabirabadda olan hadisəni yada salaq: pambığı zərərverənlərdən təmizləmək üçün dərman verdilər, amma əksinə olaraq zərərverənlər daha da inkişaf etdilər. Göründüyü kimi, Əhmədzadə və Əsədov əlbir olaraq güclü, tamahkar komandası ilə ölkənin aqrar sektoruna zərər vurmaqdadırlar. Dövlət rəhbərliyi bu sahənin inkişafı üçün proqram hazırlayır, icrasına tapşırıqlar verir, işlər görülür, amma bəzi qüvvələr də öz maraqlarını təmin etmək məqsədi güdürlər.
Yazıda adıçəkilən bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.

Geri qayıt