Əsas Səhifə > Gündəm, Ana xəbərlər > MTN generalı və digərlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
MTN generalı və digərlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb28-03-2017, 16:27 |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA-nın məlumatına görə, həmin şəxslərin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlayacaq. Qeyd edək ki, MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Daha sonra o, həbs edilib. MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir. Geri qayıt |