Əsas Səhifə > Gündəm, Manşet > Maaşlar verilməsə bayramdan sonra müəllimlər işləməkdən imtina edəcəklər
Maaşlar verilməsə bayramdan sonra müəllimlər işləməkdən imtina edəcəklər16-03-2017, 08:58 |
Bakı Slavyan Unversitetində müəllimlərin fevral məvaciblərinin verilməməsi barədə məlumat vermişdik. Azimforum.az-a daxil olan yeni məlumata görə, yaranan vəziyyətlə əlaqədar müəllimlər artıq açiq etiraz edirlər. Bu haqda sayta məlumat verən mənbənin sözlərinə görə, həftənin sonuna qədər rəhbərliyə vaxt verilib: “Əgər həftə sonuna kimi maaşlar verilməsə, müəllimlər bayramdan sonra auditorialara girib dərs deməyəcəklər. İnsanları bu qədər alçatmaq olmaz. Qoy indi texniki işçi və süpürgəçilər gedib dərs desinlər tələbələrə. Rəhbərlik başa düşmür ki, tələbələr təhsil almaq üçun pul ödəyir, universitetin süpürülməsi üçün yox. Əziyyətlə qazandığımız qəpik-quruşu minnətlə, bizi əzə-əzə, bezdirə-bezdirə verirlər. Rəhbərlik başa düşsün ki, biz müəllimlər auditoriyaya girib dərs deməsək, tələbə təhsil haqqını ödəməz. Artıq 30 ilə yaxındı dərs deyirəm hələ heç bir rektor öz əməkdaşlarına belə laqeyid yanaşmayıb. Mühasibatlıqdan soruşnda ki, nə vaxt olacaq? Cavab verirlər ki, maaş gözləməyin, heç nə deyə bilmərik. Belə çıxır ki, biz havayı işləyirik?!”. Geri qayıt |