Əsas Səhifə > Gündəm, Manşet > "Ziya Məmmədov vəzifədən kənarlaşdırılsa da..."

"Ziya Məmmədov vəzifədən kənarlaşdırılsa da..."


13-03-2017, 08:47
"Ziya Məmmədov vəzifədən kənarlaşdırılsa da..."
DİA.AZ: - Ucar rayon Dəmir Yolu yaşayış binasının sakinləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Müraciətdə deyilir:

"Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv edilib, özü vəzifədən kənarlaşdırılsa da, onun əlaltıları yerlərdə vəzifələrdə hələdə at ouynadırlar.Nəticədə də biz sakinlər belə hoqqabazların qanunsuz əməllərindən əziyyət çəkirik.
Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyevin rəhbərliyi ilə Ucar rayonunun Oğuz küçəsi ərazisində dəmir yolu reyslərinin tikintisi aparılır. Tikintinin bütün zir-zibilləri 50 ailənin yaşadığı Dəmir Yolu binasının kanalizasiyasıa töküldüyündən çirkab sular həyətlərə dolub.Nəticədə də acınacaqlı bir vəziyyət yaranıb.Çirkab sularının yaratdığı dözülməz antisanitariya ciddi xəstəliklər yaradacaq.Çıxarılan köhnə reyslər, qazılmış daş qarışıq torpaqlar Şəmsəli Quliyev tərəfindən qanunsuz olaraq satılıb talan edilir.Daşınmaya ayrılan pul Şəmsəli Quliyev tərəfindən mənimsəlinir. Onun rəisi olduğu Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsi Hacıqabıldan-Ucar rayonunun Alı kənd dəmir yolu stansiyasına qədər məsafəni əhatə edir.Baş İdarə isə Kürdəmir rayonunda yerləşir".

"Ziya Məmmədov vəzifədən kənarlaşdırılsa da..."
"Ziya Məmmədov vəzifədən kənarlaşdırılsa da..."
"Ziya Məmmədov vəzifədən kənarlaşdırılsa da..."

Narazı sakinlər daha sonra dia-az.life-a yazır: "Şəmsəli Quliyev sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamıdır.Həttda hal- hazırdada o Ziya Məmmədova hesabat verir.Şəmsəli Quliyevi hamı reys alverçisi kimi tanıyır. Hacıqabul, Kürdəmir və Ucar rayonlarında bəzi idarə müəsisələrinə yük daşınması üçün sovet dönəmində dəmir yolu xətləri çəkilmişdir.İndi həmirn idarə və müəssisələrin bir neçəsi işləmədiyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Şəmsəli Quliyev həmin dəmir yolu reyslərini təmir işləri adı ilə qanunsuz olaraq sökdürüb satdırır.Şəmsəli Quliyev Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanovu gözdən salmaq üçün belə talançılıqla məşğuldur.Hər yanda isə yalandan deyir ki, guya Cavid Qurbanovun tapşırığı əsasında reysləri satır.Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin 3 rayondakı idarəsində adları işdə gedib özləri başqa işlərlə məşğul olan çoxlusayda vətəndaşın maaş kartları Şəmsəli Quliyevin cibindədir.Bu talançının fəaliyyəti obyektiv yoxlanılarsa küllü miqdarda dövlət əmlakını mənimsədiyi üzə çıxacaq.Xahiş edirik dövlət bu talançıya nəzarət etsin.
İmza Ucar rayon Dəmir Yolu yaşayış binasının sakinləri

Əliyev Səməd Şükür oğlu
Qasımov Fərhad Kamil oğlu

Pənahov Nazim Məmməd oğlu
Yusifov Süleyman Alı oğlu
Hüseynov Bəhlul Fikrət oğlu"

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt