Əsas Səhifə > Gündəm, Manşet > Ucar sakini 1-ci Vitse-prezidentdən kömək istədi
Ucar sakini 1-ci Vitse-prezidentdən kömək istədi8-03-2017, 08:12 |
DİA.AZ: - Ucar rayonu Qazyan kənd sakini Nağıyeva Turan Səmid qızı ölkənin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Bir nüsxəsi də dia-az.life-a daxil olan müraciətdə deyilir: "Bildirirəm ki, 14.12.2009-cu il tarixdə doğulmuş qızım Fatimə anadangəlmə serebral beyin iflici xəstəliyindən əziyyət çəkir ki, buna görə ona əlillik dərəcəsi təyin edilib. Balaca Fatimənin tam müalicə olunub sağalması Medera hospitalda mümkündür.Ancaq həmin özəl hospitalda xəstə Fatimənin tam sağalması üçün 12000 (on iki min) manat pul lazımdır.Belə ki, Medera hospitalda Fatimənin tam sağalıb sağlam həyata qayıtması üçün bizdən 12000 manat pul istənildi.Bizim isə həmin məbləği verməyə maddi imkanımız yoxdur.Həyat yoldaşım fəhləlik edib ailəmizi güclə dolandırır.Banklardan götürdüyümüz kreditlər və qohumlardan aldığımız borclar da bizi çıxılmaz vəziyyətə salıb.Özümüz Bakı şəhərində kirayədə yaşayırıq. Bizi bir valideyin kimi narahat edən ancaq övladımızın xəstəliyidir.İstəyirik ki, balaca Fatimə sağalıb məktəbə getsin, sağlam həyat yaşasın, gözmüzün önündə belə əziyyət çəkməsin.Bizə Medera hospitalda deyəndə ki, övladımızın tam sağalması mümkündür buna çox sevindik. Biz övladımızın sağalmasını istəyirik.Ancaq istənilən pulu verməyə maddi imkanımızın olmaması bizi çox məyus etdi. Bütün bu çətinliklərə baxmayaraq ümüdümüzü üzməmişik ona görə ki, Azərbaycan Respublikasının Mehriban Əliyeva kimi qayğıkeş birinci xanımı var.Onun köməkliyi ilə Azərbaycan Respublikasında çoxlu sayda xəstə uşaqlar müalicə olunub tam sağalıb həyatda sağlam yaşayırlar, xoşbəxtirlər. Buna görə də istəyirik ki, xəstəlikdən əziyyət çəkən övladımız balaca Fatiməni Medera Hospitalda ixtisaslı həkimlər müalicə etsinlər. Mən buna görə hörmətli Mehriban Əliyevaya ərizə ilə müraciət etmişəm və mətbuat vasitəsi ilə də müraciət edib çox-çox xahiş edirəm xəstə övladım balaca Fatimənin Medera Hospitalda müalicə edilib sağalmasına yaxından köməklik göstərəsiniz. Əlaqə telefonu; (055) 458-36-84, (050) 889-28-84" Geri qayıt |