Əsas Səhifə > Gündəm, Manşet > Göyçay rayon məhkəməsinin sədri ittiham olunur

Göyçay rayon məhkəməsinin sədri ittiham olunur


8-02-2017, 07:52
Göyçay rayon məhkəməsinin sədri ittiham olunur
DİA.AZ: - Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Allahverdiyeva Vüsalə Teyyub qızı tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır:

"Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev vəzifə səlahiyyətlərindən və mənim savadsızlığımdan sui-istifadə edərək 3240 ( üç min iki yüz qırx) manat pulumu alıb məni aldatmışdır.Belə ki, iki nəfərin mənə olduğu 17000 manat pulumun alınması üçün iddia ərizəsi yazılmasına görə Göyçay rayon məhkəməsinə getdim.Orada sədrin köməkçisi Ülkər Kərimova məni dinlədi və dedi ki, buna görə sən ilk növbədə bura 3240 manat dövlət rüsumu ödəməlisən ki, sənin iddia ərizənə baxıb hakim təmin etsin.Mən hakimin köməkçisi Ülkər Kərimovaya inanıb həmin məbləği borc alıb şahidlərin yanında gətirib ona verdim. İddiama baxan hakim Fərhad Əfəndiyev konkret və mötəbər subutlarımın işə əlavə etmədən iddiamın təmin edilməsinə dair qətnamə çıxardı.Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verdi.Şəki Apellyasiya məhkəməsində hakim mənə bildirdi ki, subutların burada yoxdur.Mənə həmin vaxt məlum oldu ki, Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyev qarşı tərəflədə danışıb razılaşıb məni aldadıb 3240 manat pul alsada qətnaməni başdan sovdu çıxarıb təqdim etdiyim subutları məhv etmişdir.Hansı ki, mənə pul borcu olan şəxsin səs yazısı olan disk vardı ki, orada mənə borclu olduğunu etiraf etmişdir.Şəki Apellyasiya Məhkəməsi Göyçay rayon məhkəməsinin qətnamsəsini ləğv etdi.Mən aldanıldığımı bilib Göyçay rayon məhkəməsinə gəlib Ülkər Kərimovadan 3240 manat verdiyim pulumu geri tələb etdikdə o mənə bildirdi ki, həmin pul hakim Fərhad Əfəndiyevə çatıb mənlik burada heç bir iş yoxdur.Mən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim.Mənim və şahidlərin ifadələrimiz alınıb".

Daha sonr dia-az.life-a daxil olan müraciətdə deyilir: "Bundan sonra hakim Fərhad Əfəndiyev məni şantaj etməyə başladı.Məhkəməyə təqdim etdiyim sənəddə rəqəmləri artırıb özü 2 rəqəmi yazıb bunu mənim etdiyimi əsas gətirərək barəmdə cinayət işi başlanılmasına cəhd göstərdi.Guya mən mülki işdə subutları saxtalaşdırmışam.Sonra hakim Fərhad Əfəndiyevin sifarişi ilə 3 nəfər öyrədilmiş şəxs mənim barəmdə şikayət etdilər məni şantaj etməyə başladılar.Buna görə məcbur olub 10 il işlədiyim Göyçay musiqi məktəbindən öz ərizəmlə işdən çıxıb Bakı şəhərinə köçüb orada yaşamağa məcbur oldum.Burada da mobil telefonuma gizli nömrələrlə tez-tez zənglər edilib məni hədələyirlər.Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyevin köməkçisi Ülkər Kərimovaya 3240 manat pul verməyimi təsdiq edən şahidlərim var.Hətda Ülkər Kərimova həmin pulu məndən alan zaman onuda qeyd etdi ki, bu pul dövlət rüsumudur Ədliyyə Nazirliyinə gedəcək nazir Fikrət Məmmədov qəbzi imzalayıb bura göndərəcək.Başdan sovdu çıxarılan qətnamə ləğv edildikdən sonra isə Ülkər Kərimova iki nəfər şahidin yanında mənə dediki pul sədr Fərhad Əfəndiyevə çatıb ged ondan istə.Bu korrupsioner cütlüyün qanunsuz əməlləri nəticəsində mənim 3240 və 17000 manat pulum əlimdən çıxmışdır.
13 fevral 2017-ci il tarixdə Ədliyyə Naziri Fikrət Məmmədov Ucar rayonunda Ucar, Göyçay və Ağdaş rayon sakinlərinin qəbulunu keçirəcək.Həmin gün mənidə qəbul etməsi üçün Ədliyyə Naziri cənab Fikrət Məmmədova teleqram göndərmişəm, internet saytına onlayn müraciət etmişəm.İnanıram ki, cənab Nazir məni dinləyib yaxından kömək edəcək. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib Göyçay rayon məhkəməsini kolxoz bazarına döndərmiş hakim Fərhad Əfəndiyevin barəsində təsirli tədbirlər görəcək.
Mən mətbuat vasitəsi ilə də Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edib xahiş edirəm məni aldadıb pulumu almış Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyevin və onun köməkçisi Ülkər Kərimovanın barəsində tədbirlər görəsiniz".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt