Əsas Səhifə > Gündəm, Manşet > “BakuBus” MMC təzə avtobusları necə yararsız edir?

“BakuBus” MMC təzə avtobusları necə yararsız edir?


3-02-2017, 07:55
“BakuBus” MMC təzə avtobusları necə yararsız edir?
“BakuBus” MMC…
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 Aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.
Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsin də beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması…
Olundumu? 2 il il zaman kəsiyində buna nail ola bildikmi? Bu suallara cavab axtarmağa tələsməyək və qurumun tabeliyinindəki strukturlara və onların rəhbərlərinin iş prisiplərinə diqqət edək.
Ötən günlərdə “BakuBus” MMC.-nin rəhbərliyində təmsil olunan şəxslərin fəaliyyətsizliyi və bu işin öhdəsindən gələ bilmədikləri ilə bağlı konkret faktlar göstərmişdik.
Təkcə biabırçı yenilikləri, hesabatlara diqqət çəkmək bəs edir ki, MMC-nin rəhbərliyin bu işdə naşı olması sübut olunsun.
Məsələn yazıda qeyd olunurdu ki, “Bakubus” MMC-nin direktoru Məlik Nəcəfov və onun müavini Azər Qasımov şirkəti özləri istədiyi kimi idarə edirlər. Şirkətin əksər yüksək postları tutan işçiləri isə Azər Qasımovun yaxın qohumlarıdır.orgunal motors
Bu günlərdə Bizimxeber.az-a daxil olan yeni məlumat olduqca ürəkağrıdandır.
Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat infrastruktrunun yaxşılaşdırılması və problemlərin köklü həll edilməsi üçün “Bakubus” MMC yaratdı. Üstəlik bu MMC üçün milyon manatlar ayrıldı, yüksəık səviyyəki xidmət təşkil olundu, bahalı avtobuslar gətirildi, hətta açılışa prezident özü getdi. Amma indi nə baş verir? “Bakubus” MMC-ni Azər Qasımov necə idarə edir? Dövlətin əmlakı bu MMC-də necə talanır?
Bizimxeber.az-a daxil olan məlumata görə, “Bakubus” MMC-nin balansında 306 ədəd təzə avtobus var. Bu avtobuslar 450 min avroya alınıb və dünya standartlarına tam cavab verir. Bəs bu avtobusların neçəsi işlək vəziyyətdədir? Onların yararsız hala salanlar kimdir? Niyə belə edirlər?
Bu arada bir cümləlik kənara çıxaraq avtomobillərin sıgortasından danışaq. Bu işi həyata keçirən sıgorta şirkəti il ərzində milyonlar qazanır. Bu barədə gələn yazımızda…
Məlumatda qeryd olunur ki, “Bakubus” MMC və «TəmizPro» klininq və Original Motors şirkətləri ilə müqavilə şəklində işləyir. Yəni, “Təmiz PRO” avtomobillərin təmizliyi ilə yanaşı MMC-nin həyət və ofislərinin təmizlik işlərini həyata keçirir. Original Motors isə avtomobillərin təmiri ilə məşgul olur.
Amma olursa…
Belə ki, Bizimxeber.az-a daxil olan məlumata görə, “Təmiz PRO” klininq şirkəti “BakuBUS”MMC-də müavinlərdən biri olan Rauf Qarayevin qardaşına məxsusdur. Şirkətin hesabatlarında avtomobillərin təmzilənməsində xarici ölkələrdən alınan təmizləyici vasitıələrdən istifadə yazılsa da əslıində elə deyil.
Bizimxeber.az-a daxil olan məlumata görə, avtomobillər olduqca keyfiyyətsiz məhsullarla təmizlənir, dərmanlanır. Həmçinin bu sürkülər bu bahalı avtomobillərin oturtacaqlarının tez bir zamanda sıradan çıxmasına gıətirib çıxarır. Nəticədə isə milyonlar silinir. Bu barədə yaxın günlərdə konkret rəqəmlər təqdim edəcəyik.
Təəssüflər olsun ki, bu hələ hamsı deyil. Şirkətdəki mənbədən Bizimxeber.az-a daxil olan daha acınacaqlı məlumat isə avtomobillərin təmiri zamanı baş verir.
“Original Motors” şirkətinin həyata keçirdiyi təmir işlərinə külli miqdarda pul silinir. Məsələn, şirkət avtomobillərin bir təkərini 60 manata açır, 60 manata da yerinə bağlayır. Bu rəsmi sənədlər üzərində belə hesablanır.
Yəni ki, “Original Motors” şirkəti ilə MMC-nin rəhbərliyi arasında daxili anlaşma belədir. Bu da hamsı deyil. Daha bir məlumata görə isə, təmir mərkəsinin arxasında təzə amma artıq istifadəyə yararsız vəziyyətə salınmış 10-larla avtobus gizlədilir. Bunun də doğal səbəbləri var. Belə ki, Original Motors şirkəti təmir zamanı yararsız ehtiyyat hissəsini çıxarıb yeni ilə əvəz etməlidir.
Yenisi isə alınmır. Əvəzində təzə avtomobilin ehtiyyat hissəsi çıxarılıb diğər avtobusun üstünə qoyulur. Beləliklə yeni avtobuslar yararsız hala salınır. Nəticədə isə yeni ehtiyyat hissəsi aldıq adı altında rəsmiləşdirilib pullar silinir.
Məılumata görə, təmir mərkəzinin arxasında 10-larla təzə avtomobuil belə yararsız hala salınaraq gizlədilir. Yaxəın günlərdə bu abtobusların nömrələrini təqdim edəcəyik.
Marşrut xəttləri neçə satılır? Bu işlə konkret olaraq kimlər məşguldur? Yaxıln günlərdə oxuyun!

Geri qayıt