Əsas Səhifə > Gündəm, Manşet > Samir Şərifovun "qoruyucu mələyi" kimdir?
Samir Şərifovun "qoruyucu mələyi" kimdir?27-01-2017, 08:43 |
Azinforum.az xəbər verir ki, daima media məsafəli davranan maliyyə naziri Samir Şərifov KİV-lərlə işləməyin yeni metodunu kəşf edib. Biz bu tendensiyanı Samir Şərifovun adının dolların süni qiymət artımının həyata keçirildiyi “qara bazar” əməliyyatlarında hallanmasından sonra müşahidə edirik. Həmin vaxt hətta hakimiyyətə çox yaxınlığı ilə seçilən KİV-lərdə Samir Şərifovun ünvanına sərt tənqidlər yağdırıldı. Hətta onun əməlləri ilə bir vaxtlar “vurulmuş” Fərhad Əliyevin davranışları arasında paralellər aparılardı. Maliyyə nazirinə tuşlanan ittihamlar sırasında onun hakimiyyətə əvəzolunmaz maliyyəçi kimi təqdim etdiyi kadrlarının (Beynəlxalq Bankın sabiq rəhbəri və digərləri- red) nəinki özlərini doğrultmaması, hətta ciddi maliyyə sabotajı ilə məşğul olmaları da yer alırdı. Samir Şərifovun özü və komandası bütün bu ittihamları susqunluqla qarşıladı. Ancaq maraqlıdır ki, hazırda hətta çoxtirajlı olmayan bir çox saytlardan həmin materialları tapmaq müşkülə çevrilib. Yəni sözügedən tənqidi materiallar saytlardan silinib və əldə olunan centelmen razılaşmasına görə, maliyyə nazirinin adı həmin KİV-lərin “dostları” siyahısına salınıb. Azinforum.az əvvəllər Samir Şərifovu sərt tənqid edən bir neçə saytın axtarış bölümünə həmin adamın adı ilə sorğu verib və marqlı halla rastlaşıb. Sözügedən məzmunlu materialların köklü-dibli saytlardan silindiyi ortaya çıxıb. Mövzu ilə bağlı daha dəqiq informasiyalar əldə etmişik. Araşdırmamız tam başa çatandan sonra, ətraflı materialı təqdim edəcəyik. Geri qayıt |