Əsas Səhifə > Gündəm, Manşet > Qazaxda məmur özbaşınalığı...

Qazaxda məmur özbaşınalığı...


25-01-2017, 08:09
Qazaxda məmur özbaşınalığı...
Yerlərdə bu və ya digər vəzifə sahiblərinin sadə vətəndaşların savadsızlığından, onların problem və məsələlərin mahiyyəti haqda lazımınca məlumatlı olmamalarından istifadə etməklə aldatmaları, zamanzaman yaşanan olaylardan olub. Bu sırada Qazax rayonunun adı, daha öndə gedən rayonlardan biri olaraq hallanıb. Bir-iki gün gün bundan öncə “Gündəm Xəbər”in redaksiyasına şikayət ərizəsi ünvanlayan və üz-üzə qaldıqları problemlərin mahiyyətini açıqlayan, rayonun Ağköynək kənd sakini Qurbanov Ramin Famil oğlu redaksiyamıza yazdığı şikayətində Şəmkir Regional Qaz İstismarı İdarəsi, Qazax xidmət sahəsinin əməkdaşı Rəşay Qaragözovu, bir növ dələduzluq etməkdə ittiham edir. Belə ki, şikayətçi qeyd edir ki, “biz uzun illərdir ki, ailəlikcə Qazağın Ağköynək kəndində yaşayırıq. Həyat yoldaşım Qurbanova Zülfiyyə Misir qızı, rayonun Quşçu-Ayrım kənd sakinidir. Quçu-Ayrım kəndi Ermənistan Respublikasının Şəmşəddin rayonu ilə olduqca yaxın ərazidə yerləşdiyindən, həmin kənddə yaşayış qeyri-mümkündür. Belə bir səbəblər üzündən də, kəndin bir çox sakinləri Qazax rayon mərkəzində və digər ərazilərdə məskunlaşmağa məcbur olmuşlar. Həyat yoldaşım Zülfiyyə Qurbanova həmin kəndin sakini olduğundan, ona da məcburi köçkünlük status verilmiş və bu haqda Şəmkir Regional Qaz İstismarı İdarəsi, Qazax xidmət sahəsinə rəsmi sənəd də təqdim olunub. Bütün bunlara baxmayaraq, ötən illər ərzində Qazax xidmət sahəsinin əməkdaşı Rəşay Qaragözov, hər ay yaşadığımız evdəki qaz sayğacına baxış keçirirdi və müəyyən qeydiyyatını da aparırdı. Amma, bizə borcumuzun olub-olmaması barədə, hər hansı bildirişi vermirdi. O, 2015-ci ilin dekabr ayında bir daha bizim yaşadığımız ünvandakı sayğaca baxış etdi və bildirdi ki, “sizin mavi qazdan istifadəyə görə borcunuz var”. O, onu da vurğuladı ki, “məcburi köçkünlərin mavi qazdan istifadəyə görə yaranmış borclarının silinməsi haqda, ölkə rəhbərinin müvafiq sərəncamı verilib. Odur ki, 300 manat pul verin, ümumi borcunuzu qaydaya salım” dedikdə, biz onun təklifinə razı olduq və dolanışıq vəziyyətimizin ağırlığına baxmayaraq, yoldaşımın qızıllarını satıb ona istədiyi məbləği verdik. 2016-cı ilin yanvar ayında Rəşay Qaragözov təkrar yaşadığımız ünvana gəldi və bizə borcumuzun olmadığını bir daha bildirdi. Elə ki, bir neçə gün bundan əvvəl Qazax xidmət sahəsində oldum və mavi qazdan istifadəyə görə borcumuzun olub-olmaması haqda arayış istədim, o halda mənə arayış vermədilər və “sizin bu günə xeyli borcunuz var” dedilər. Belə bir cavabı eşidib sanki şoka düşdüm və teztələsik Rəşay Qaragözova telefon zəngi etdim. Düzdür, o, ilk əvvəl özünü dandı və az sonra telefon zənglərimə cavab da vermədi. Elə ki, bir-iki gündən sonra onunla üz-üzə gəldim və yaşanan problemin varlığını ona çatdırdım, o halda onun cavabı o oldu ki, “get əlindən nə gəlir onu da et” dedi. O halda dərk etdim ki, təqribən on ilə yaxın müddət ərzində adı çəkilən qurumda çalışmaqla minbir oyun qaydalarının yollarını öyrənən Rəşay Qaragözov, yəqin ki, bu günə kimi çoxsaylı sakinləri olmazın dərdə salıb. Bəli, bu gün o, nə bir kimsədən çəkinir, nə də ki, ehtiyat edir. Amma, bir həqiqəti dərk etmək lazımdır ki, halhazırda sivil qanunlarımız var və hər bir vətəndaşın qol qoyduğu qanunsuzluqları araşdıran, hər kəsə atdığı qanunsuz addımlarına görə lazımi cəzasını verən hüquq-mühafizə orqanlarımız da var. Hər şeydən öncə isə, Rəşay Qaragözovun çalışdığı qurumun da, tabe olduğu “Azəriqaz” İB var. İnanırıq ki, açıqlamanın dərcindən sonra Əkbər Hacıyevin baş direktoru olduğu qurumun səlahiyətliləri tərəfindən problemin varlığına reaksiya veriləcək və problem lazımınca da araşdırılacaq. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Problemin varlığını diqqətdə saxlayacağıq.

Geri qayıt