Əsas Səhifə > Gündəm, Manşet > MTN-nin istintaq generalı “Texnikabank” bəhanəsi ilə rüşvəti necə aldırıb?
MTN-nin istintaq generalı “Texnikabank” bəhanəsi ilə rüşvəti necə aldırıb?23-01-2017, 07:51 |
«Təzadlar» xatırladır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 162006082 nömrəli cinayət işi artıq məhkəmə baxışına verilib… Bakı Hərbi Məhkəməsində bu cinayət işi üzrə hazırlıq iclası başa çatıb və şi artıq məhkəmə baxışına verilib. Növbəti proses yanvarın 26-na təyin edilib… *** "İttiham Aktı"nda isə deyilir: "Ələkbərov Vüsal Hicran oğlu-04.07.1967-ci il tarixdə Ermənistan SSR, Əzizbəyovrayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Duda zavodu küçəsi, dalan 2, ev 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsi, fərdi yaşayış evində yaşayan, 29.10.2015-ci il tarixdən həbsdədir- təqsirləndirilir ondan ötrü ki, o 2005-ci ilin iyul ayından 29 oktyabr 2015-cu il tarixədək hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə Bakı şəhərində qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər şəxslərlə vəzifəsinin və xidmətdə olduğu qurumun müstəsna səlahiyyətlərindən yararlanıb müntəzəm surətdə tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaq, sübutları saxtalaşdırmaq, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda- mütəşəkkil dəstədə birləşib istintaqı aparılan cinayət işləri üzrə Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyi ilə ibtidai araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması nəzərdə tutulan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayətkar əməlləri qəsdən törətməklə, yəni öz qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, həmçinin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib hakimiyyət həddini aşmaqla cinayət prosesinin ayrı-ayrı iştirakçılarından və digər şəxslərdən cinayət məsuliyyətinə cəlb etməmək, həbsdən azad olunmasını təmin etməklə barələrində cinayət təqibinə xitam vermək kimi hərəkətlər müqabilində, eləcə də qanuni əsaslar olmadan ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyətlər qoymaqla tutulacaqları, cinayət məsuliyyətinə cəlb edilib həbsə alınacaqları barədə hədə-qorxu tətbiq edərək və müstəntiq kimi ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdıraraq özü və üçüncü şəxslər üçün birbaşa şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə dəfələrlə rüşvət tələb edib ümumilikdə külli miqdar təşkil edən 4.889.024 (dörd milyon səkkiz yüz səksən doqquz min iyirmi dörd) manat məbləğində pul əskinaslarını, 14.050 (on dörd min əlli) manat dəyərində əmlakları rüşvət kimi, həmçinin 1.000.000 (bir milyon) manat məbləğində nağd pul əskinaslarından ibarət külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etməklə alaraq həmin şəxslərin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətinvə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Belə ki, Ələkbərov Vüsal Hicran oğlu qeyd edilən vəzifədə xidmətdə olarkən həmin mütəşəkkil dəstədə külli miqdarda rüşvət almaq məqsədi ilə “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialının müdiri Yusifov Zal Zakir oğlu və digərləri haqqında 613 nömrəli cinayət işi üzrə istintaq qrupunun rəhbəri kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə 03 oktyabr 2008-ci il tarixli qərarlarla həmin filiala ayrı-ayrı şəxslər tərəfindən qoyulmuş, o cümlədən Nadirli (Əbdülqasımov) Samir Tahir oğlunun adına olan 704.000 avro məbləğində əmanəti dələduzluq yolu ilə ələ keçirməyə görə Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş “BİOİL" məhdud məsuliyyətli cəmiyyətinin sədri Kazımov Nizami Firudin oğlundan 2008-ci ilin oktyabr ayının əvvəllərindən etibarən barəsində cinayət təqibinə xitam verilməsi və həbsdən azad olunması müqabilində 3.000.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvət istəyərək, əks təqdirdə başına torba salınaraq maskalıların yanına aparılacağı, 12 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı ilə hədələmiş və rüşvətin yarısını dərhal, qalanını sonradan hissələrlə ödəmək şərti ilə qeyd edilən qərarları 2.000.000 ABŞ dolları müqabilində qəbul etməyə razılaşmış, bununla əlaqədar 03 dekabr 2008-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında ləğv olunmuş MTN-nin inzibati binasının yaxınlığında Nizami Kazımovun kürəkəni Nadirli Samir Tahir oğlunun gətirdiyi 1.000.000 ABŞ dolları məbləğində nağd pulu şəxsən qəbul edərək, habelə mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə tam nail olmaqdan ötrü Nizami Kazımovun həbsdən azad olunmasına qanuni görünüş yaratmaq üçün Samir Nadirliyə vurulmuş ziyanın guya ödənilməsi barədə ona və Nizami Kazımova 02-03 dekabr 2008-ci il tarixlərdə həqiqətə uyğun olmayan ərizələr yazdırıb müvafiq ifadəlar almaqla müstəntiq kimi ağır cinayətlər haqqında cinayət işi üzrə qətimkan tədbiri ilə əlaqədar olan sübutları saxtalaşdırmış və Nizami Kazımovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunması üçün müraciətinə Bakı şəhəri, Səbail rayon məhkəməsində baxılıb 03 dekabr 2008-ci il tarixli qərarla təmin olunmasına nail olmuş, 2009-cu ilin fevral ayından iyun ayına kimi Nizami Kazımovdan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında «Qələbə dairəsi» adlanan ərazidə və ləğv edilmiş MTN-nin inzibati binasının yaxınlığında 5 dəfəyə 150.000, 280.000, 300.000, 200.000 və 70.000 ABŞ dollarından ibarət olmaqla 1.000.000 ABŞ dollarını şəxsən qəbul edərək onun barəsində cinayət təqibinə təqsirliliyinin sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsinə dair 13 iyun 2009-cu il tarixli qərar qəbul edib ümumilikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar mütəşəkkil dəstədə Nizami Kazımovdan hədə-qorxu tətbiq etməklə şəxsən müvafiq dövrün rəsmi məzənnəsinə görə 1.613.253 manata bərabər 2.000.000 ABŞ dolları məbləğində külli miqdarda rüşvət alaraq tamahkarlıq məqsədi ilə və şəxsi marağına görə Nizami Kazımovun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, əmlaklarının dəyərindən aşağı qiymətə satılması, onların hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurulması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Ələkbərov Vüsal Hicran oğlu qeyd edilən vəzifədə xidmət edərkən təkrarən, mütəşəkkil dəstə tərkibində külli miqdarda rüşvət almaq məqsədi ilə 613 nömrəli cinayət işi üzrə istintaq qrupunun rəhbəri kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə 01-03 oktyabr 2008-ci il tarixli qərarlarla “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialına ayrı-ayrı şəxslər tərəfindən qoyulmuş, o cümlədən oğlu Rüstəm Səfərov, qızları Səkinə Seyidova və Günay Məmmədovanın adına olan cəmi 245.000 ABŞ dolları məbləğində əmanəti dələduzluq yolu ilə ələ keçirməyə görə Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş “Kapital Bank"ASC-nin “Tərəqqi” filialının müdiri işləmiş Səfərov Hüseyn Nəriman oğluna 2008-ci ilin oktyabr ayının əvvəllərindən etibarən qohumu Kazımov Nizami Firudin oğlundan fərqli olaraq içəridə qalacağı ilə psixi təsir göstərərək barəsində cinayət təqibinə xitam verilməklə həbsdən azad olunması üçün 2.000.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvət istəmiş, əks təqdirdə həbsdən çıxa bilməyəcəyi ilə hədələmiş, tələb olunan rüşvətin 1.650.000 ABŞ dolları məbləğində hissəsinin əvvəlcə, qalanının Hüseyn Səfərov həbsdən azad edildikdən sonra ödənilməsinə razılaşıb mütəşəkkil dəstənin məqsədlərinə nail olmaqdan ötrü Hüseyn Səfərovun həbsdən azad olunmasına qanuni görünüş yaratmaq üçün əmanətçilər Rüstəm Səfərov, Səkinə Seyidova, Günay Məmmədova, Məmmədov Sabir Abbas oğlu, Məmmədov Nazim Abbas oğlu, Hüseynov Azər Şahin oğlu, Mustafayev İlham Səməd oğlu, Kazımov Tahir Həsən oğluna vurulmuş ziyanın guya ödənilməsi barədə 12-13 dekabr 2008-ci il tarixlərdə həqiqətə uyğun olmayan ərizələr yazdırıb müvafiq ifadələr almaqla müstəntiq kimi ağır cinayətlər haqqında cinayət işi üzrə qətimkan tədbiri ilə əlaqədar olan sübutları saxtalaşdırmış, 15 dekabr 2008-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Ə.Xanbabayev küçəsi, 3 saylı evin qarşısında, ləğv olunmuş MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığında Hüseyn Səfərovun oğlu Səfərov Rüstəm Hüseyn oğlundan 1.650.000 ABŞ dolları məbləğində nağd pulu şəxsən qəbul edərək, Hüseyn Səfərovun ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri-mümkünlüyünə əsaslanmalı olduğu halda, Azərbaycan Respublikası CPM-nin 157.8.1-ci maddəsinin tələblərinə zidd olaraq onun ağır xəstəliyi ilə əlaqədar stasionar mülicəyə ehtiyacı olması haqqında məhkəmə-tibbi ekspertizasının 16 dekabr 2008-ci il tarixli 297/KEŞ saylı rəyinə əsassız istinad etməklə barəsində həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsinə dair 19 dekabr 2008-ci il tarixli qərar qəbul edib icraya yönəltmiş, bundan sonra Hüseyn Səfərovun özündən şəxsən 2009-cu ilin aprel ayında Bakı şəhəri, Ə.Xanbabayev küçəsi, 1 saylı evin qarşısında, ləğv olunmuş MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığında 350.000 ABŞ dolları məbləğində nağd pulu, 2009-cu ilin may ayında Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında ləğv olunmuş MTN-nin inzibati binasında xidməti otaqda hər birinin dəyəri 6.500 manat olmaqla, cəmi 13.000 manat dəyərində 2 ədəd “Vertu” markalı mobil telefon aparatlarını, 2009-cu ilin yayında isə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında “Qələbə dairəsi” adlanan ərazidə 800 manat dəyərində 856204 saylı “Churchill” markalı 12 mm kalibrli öv tüfəngini, ümumilikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar mütəşəkkil dəstədəHüseyn Səfərovdan hədə-qorxu tətbiq etməklə şəxsən müvafiq dövrün rəsmi məzənnəsinə görə 1.609.370 manata bərabər 2.000.000 ABŞ dolları və 13.800 manat dəyərində əmlakdan ibarət cəmi 1.623.170 manat məbləğində külli miqdarda rüşvət alaraq tamahkarlıq məqsədi ilə və şəxsi marağına görə Hüseyn Səfərovun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankları qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarının dəyərindən aşağı qiymətə satılması, onların hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurulması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Ələkbərov Vüsal Hicran oğlu qeyd edilən vəzifədə xidmətdə olarkən təkrarən, həmin mütəşəkkil dəstədə külli miqdarda rüşvət almaq məqsədi ilə 613 nömrəli cinayət işi üzrə istintaq qrupunun rəhbəri kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə 2008-ci ilin oktyabr ayının əvvəllərində şahid qismində dəvət etdiyi "Texnikabank" açıq səhmdar cəmiyyətinin Bakı filialında 677.000 avro məbləğində əmanəti olan Mədətov Elşən İsmayıl oğluna heç bir əsas olmadan filialın rəhbərliyi ilə əlbir olduğu dəstədə bankdan pulları taladığını bildirib 300.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvət tələb edərək, əks təqdirdə rəhbərliyin tapşırığına görə tutulacağı və həbsə alınacağı ilə hədələmiş, 100.000 ABŞ dollarına razılaşıb 2008-ci il oktyabr ayının sonlarında günün 2-ci yarısında Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında ləğv olunmuş MTN-nin inzibati binasında xidməti otaqda həmin məbləğdə pulu ondan qəbul etmiş, 2008-ci ilin noyabr ayının əvvəllərində yenidən Elşən Mədətova cinayət işi üzrə bankı talayanlarla əlbirliyi barədə guya əleyhinə ifadə verildiyini, buna görə də aldığı pulu qaytaracağı və rəhbərliyin tapşırığı ilə onu tutacağı, övladlarını da cinayət məsuliyyətinə cəlb edəcəyi ilə hədələyib ilkin olaraq istədiyi 300.000 ABŞ dolları məbləğində rüşvəti tam verməsini tələb etmiş və 100.000 ABŞ dollarına razılaşıb öz xidməti otağında həmin məbləği Elşən Mədətovdan şəxsən qəbul etmiş, növbəti günlərdə isə rəhbərliyin bu məbləğlə razılaşmadığını Elşən Mədətova bildirib ondan eyni məzmunlu hədə-qorxu tətbiqi ilə 300.000 ABŞ dolları məbləğində rüşvətin tam ödənilməsini tələb edərək razılaşdığı 50.000 ABŞ dolları məbləğində pulu 2008-ci il dekabr ayının əvvəllərində saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 600-602 saylı evin qarşısında şəxsən qəbul etmiş, bununla da ümumilikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar mütəşəkkil dəstədə Elşən Mədətovdan hədə-qorxu tətbiq etməklə şəxsən müvafiq dövrün rəsmi məzənnəsinə görə 202.245 manata bərabər 250.000 ABŞ dolları məbləğində külli miqdarda rüşvət alaraq tamahkarlıq məqsədi ilə və şəxsi marağına görə Elşən Mədətovun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər qarşısında külli miqdarda borc öhdəliklərinin yaranması, onların hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurulması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Ələkbərov Vüsal Hicran oğlu qeyd edilən vəzifədə xidmət edərkən təkrarən, həmin mütəşəkkil dəstədə külli miqdarda rüşvət almaq məqsədi ilə 613 nömrəli cinayət işi üzrə istintaq qrupunun rəhbəri kimi hakimiyyətdən və öz qulluqmövqeyindən sui-istifadə etməklə 2008-ci ilin oktyabr ayında şahid qismində dəvət etdiyi "Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialında 623.300 avro məbləğində əmanəti olan Qurbanov Mehrac Qurban oğlundan qanuni əsaslar olmadan bankda əmanətindən imtina etməli olduğunu bildirib, əmanətinin qaytarılmasını təmin etmək müqabilində 300.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvət verməsini tələb edərək, əks təqdirdə rəhbərliyin tapşırığına görə onu tutacaqları ilə hədələmiş, 200.000 ABŞ dollarına razılaşıb 23 oktyabr 2008-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında ləğv olunmuş MTN-nin inzibati binasında xidməti otaqda Mehrac Qurbanovdan şəxsən müvafiq dövrün rəsmi məzənnəsinə görə 162.300 manata bərabər 200.000 ABŞ dolları məbləğində nağd puldan ibarət külli miqdarda rüşvət alaraq tamahkarlıq məqsədi ilə və şəxsi marağına görə Mehrac Qurbanovun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər qarşısında külli miqdarda borc öhdəliklərinin yaranması, daşınmaz əmlakının dəyərindən aşağı qiymətə satılması, onların hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurulması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Ələkbərov Vüsal Hicran oğlu qeyd edilən vəzifədə xidmətdə olarkən təkrarən, həmin mütəşəkkil dəstədə külli miqdarda rüşvət almaq məqsədi ilə 2008-ci ilin oktyabr ayının ortalarında 613 nömrəli cinayət işi üzrə istintaq qrupunun rəhbəri kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə şahid qismində dəvət etdiyi Rzayev Namil Heydər oğluna qanuni əsaslar olmadan “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialında 428.400 manat məbləğində əmanəti filalın müdiri Yusifov Zal Zakir oğlu ilə əlbir olaraq yüksək faizlə yerləşdirməsi bəhanəsi ilə 1.000.000 ABŞ dolları, növbəti günlərdə 700.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvət tələb edərək, əks təqdirdə rəhbərliyin göstərişinə görə onu həbsə almalı olduğu ilə hədələmiş, Namil Rzayevdən 200.000 ABŞ dollarını 2008-ci il noyabr ayının əvvəllərində Bakı şəhəri, 28 May küçəsi, 14 saylı evin girişində mütəşəkkil dəstənin digər üzvü vasitəsilə, 300.000 ABŞ dollarını isə 2008-ci ilin noyabr ayının sonlarında günün ikinci yarısında özünün tapşırığına əsasən Bakı şəhəri, F.Əmirov küçəsi, 1 ünvanında yerləşən mağazadan 250 manata alınmış dəri çantada Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində, ləğv olunmuş MTN-nin inzibati binasının yaxınlığında şəxsən qəbul etməklə, Namil Rzayevdən müvafiq dövrün rəsmi məzənnəsinə görə 404.450 manata bərabər 500.000 ABŞ dolları məbləğində nağd puldan və 250 manat dəyərində çantadan ibarət, cəmi 404.700 manat məbləğində külli miqdarda rüşvət alaraq tamahkarlıq məqsədi ilə və şəxsi marağına görə Namil Rzayevin və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün daşınmaz əmlakının dəyərindən aşağı qiymətə satılması, onların hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurulması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Ələkbərov Vüsal Hicran oğlu qeyd edilən vəzifədə xidmətdə olarkən təkrarən, həmin mütəşəkkil dəstədə külli miqdarda rüşvət almaq məqsədi ilə 613 nömrəli cinayət işi üzrə istintaq qrupunun rəhbəri kimi hakimiyyətdən və öz qulluqmövqeyindən sui-istifadə etməklə 2009-cu ilin əvvəllərindən istintaqa dəvət etdiyi “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialından 01 oktyabr 2007-ci il tarixli müqavilə ilə 500.000 manat məbləğində kredit götürmək üçün sənədləri saxtalaşdırmış Sultanov İntiqam Bahəddin oğlunu tutmamaq müqabilində onun atası Sultanov Bahəddin Abdulla oğlundan 500.000 ABŞ dolları məbləğində külli miqdarda rüşvət istəmiş, cinayət işi üzrə İntiqam Sultanov 16 iyun 2009 tarixli qərarlarla Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2 və 320.1 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçildikdən sonra isə, onun həbsdən azad edilməsi müqabilində Bahəddin Sultanovdan 370.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvət tələb etmiş, əks təqdirdə rəhbərliyin göstərişi ilə onun özünü də tutacağı ilə hədələmiş, növbəti gün saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında ləğv olunmuş MTN-nin inzibati binasında xidməti otaqda Bahəddin Sultanovun qardaşı Paşayev Mirzə Abdulla oğlu və dostu İbrahimov Əsgər İrza oğlundan 360.000 ABŞ dollarını, saat 19:30 radələrində isə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 8 saylı evin qarşısında Bahəddin Sultanovun özündən 10.000 ABŞ dollarını şəxsən qəbul etmiş, müdafiəçinin vəsatəti əsasında Bakı şəhəri, Səbail rayon məhkəməsinin 01 iyul 2009-cu il tarixli qərarı ilə İntiqam Sultanovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmasına nail olub ümumilikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar mütəşəkkil dəstədə Bahəddin Sultanovdan hədə-qorxu tətbiq etməklə şəxsən müvafiq dövrün rəsmi məzənnəsinə görə 297.406 manata bərabər 370.000 ABŞ dolları məbləğində külli miqdarda rüşvət alaraq tamahkarlıq məqsədi ilə və şəxsi marağına görə Bahəddin Sultanovun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər qarşısında külli miqdarda borc öhdəliklərinin yaranması, onların hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurulması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Ələkbərov Vüsal Hicran oğlu qeyd edilən vəzifədə xidmətdə olarkən təkrarən, həmin mütəşəkkil dəstədə külli miqdarda rüşvət almaq məqsədi ilə «Texnikabank» ASC-nin müşahidə şurasının sədri Əliyev Etibar Mahmud oğlu və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2 və digər maddələri ilə 919 nömrəli cinayət işi üzrə istintaq qrupunun rəhbəri kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə 28 mart 2012-ci il tarixdə saat 14 radələrində şahid qismində dəvət etdiyi “Texnikabank" açıq səhmdar cəmiyyətinin Sumqayıt filialının müdiri vəzifəsində işləyən Salahov Müsənnif Hilal oğluna filialda olan pulları talayaraq bankın rəhbərliyinə verməsini heç bir əsas olmadan bildirib 3.000.000 manat məbləğində külli miqdarda rüşvət tələb edərək, əks təqdirdə rəhbərliyin tapşırığına görə tutulacağı ilə hədələmiş, mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə Müsənnif Salahovdan Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında ləğv olunmuş MTN-nin inzibati binasında xidməti otaqda 2012-ci ilin aprel ayının ortalarında aldığı 200.000 manat məbələğində nağd pul əskinaslarından ibarət külli miqdarda rüşvəti geri qaytarmaqla mütəşəkkil dəstənin məqsədlərinə tam nail olmaq üçün eyni məzmunlu hədə-qorxu ilə 600.000 manat tələb etmiş və 2012-ci ilin may ayında saat 16 radələrində 500.000 manat, bundan 10 gün sonra saat 16 radələrində daha 100.000 manat məbləğində nağd pulu qəbuledərək cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair 25 yanvar 2013-cü il tarixli qərarında onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2- ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə xitam vermiş, bununla da ümumilikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar mütəşəkkil dəstədə Müsənnif Salahovdan hədə-qorxu tətbiq etməklə 600.000 mahat məbləğində külli miqdarda rüşvət alaraq tamahkarlıq məqsədi ilə və şəxsi marağına görə Müsənnif Salahovun və ailə üzvlərinin müflisləşməsi, psixitəsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər qarşısında külli miqdarda borc öhdəliklərinin yaranması və əmlaklarının dəyərindən aşağı qiymətə satılması, onların hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurulması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Ələkbərov Vüsal Hicran oğlu qeyd edilən vəzifədə xidmətdə olarkən həmin mütəşəkkil dəstədə külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edib almaq məqsədi ilə 919 nömrəli cinayət işi üzrə istintaq qrupunun rəhbəri kimi hakimiyyət həddini və qulluq səlahiyyətlərini tamahkarlıq niyyəti ilə və şəxsi marağa görə qəsdən aşan hərəkətlər edib cinayət prosesinin iştirakçısı olmayan, barəsində cinayət təqibi həyata keçirilməyən və heç bir prosessual qərar qəbul olunmayan Qurbanov Akif Teymur oğlunu 23 oktyabr 2012-ci il tarixdə saat 10:30 radələrində və 24 oktyabr 2012-ciil tarixdə saat 15 radələrində qanuni əsaslar olmadan xidməti otağa çağırıb guya dövlətə qarşı çıxdığına, Etibar Əliyevə görə adamları yığıb mitinq keçirdiyinə, bankdan götürdüyü kreditləri vaxtında qaytarmadığına görə rəhbərliyin göstərişi əsasında onu tutacağı, övladlarının başına oyun açacağı, bununla da haqqında rüsvayedici məlumatlar yayılacağı ilə real hədələyib tikinti aparmasına dair sənədləri ilə birlikdə 1.000.000 manat məbləğində nağd puldan ibarət külli miqdarda əmlakını tələb etmiş və onun adını qanuni əsaslar olmadan 24 oktyabr 2012-ci il tarixdən 11 yanvar 2013-cü il tarixədək “Giriş-çıxış və qeydiyyat” İdarələrarası məlumat axtarış sisteminin sərhədkeçməyə məhdudiyyət altsisteminə “Saxla” statusu ilə daxil etmiş, 2013-cüilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində oğulları Vüqar və Teymur Qurbanovları da dəfələrlə xidməti otağa çağırıb eyni məzmunlu hədə-qorxu gəlməklə, 2013-cü il yanvar ayının sonlarında axşam saatlarında Bakı şəhəri, M.Qaşqay küçəsi, ev 186-a ünvanında yerləşən «Briz-L» klinikasının qarşısında Akif Qurbanov tərəfindən 1.000.000 manat məbləğində nağd pulun idarə etdiyi «Mersedes E-320» markalı avtomaşının salonuna qoyulmasına nail olaraq mütəşəkkil dəstədə külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqla tamahkarlıq məqsədi ilə və şəxsi marağına görə Akif Qurbanovun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə və digər mərhumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayn şəxslər qarşısında külli miqdarda borc öhdəliklərinin yaranması, onların hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurulması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur". "Təzadlar" Geri qayıt |